Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“U-19 liqasında qələbə qazananda mükafat alırıq”

10.11.17, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qarabağ”ın U-19 komandasının ukraynalı futbolçusu Yaroslav Deda ölkəsinin mətbuatına müsahibə verib

- Bir müddət futboldan uzaq düşdünüz. Həmin ərəfədə karyeranızı bitirəcəyinizi düşünməyə başlamışdıq. Nə baş vermişdi?
- Elədi. Bu il karyeramı başa çatdırmaq haqda düşünürdüm. Sümüyüm qırılmışdı və bərpa olunmaq üçün çox vaxt lazım gəldi. Agentlər “Volın”la bağlı məsələ bağlandıqdan və mən sağaldıqdan sonra variantlar axtarmağa başladılar. Almaniyanın “Verder” klubuna keçə bilərdim. Lakin “Qarabağ” variantını üstün tutdum. Bu komandanın Gənclər Liqasında oynamaq şansı əldə etdiyini biləndə Azərbaycanda möhkəmlənmək üçün məndə daha çox güc yarandı. “Qarabağ”a “futbola ac” vəziyyətdə keçməyim də mənə kömək etdi.
- Müqavilə imzalamamışdan əvvəl sizi çox yoxladılar?
- Demək olar ki, 1 ay. Əvvəlcə əsas komanda ilə məşqlərdə iştirak etdim. Bu, yayda baş verdi. Azərbaycanda yayda hava çox isti olur və belə məqamda nəinki qaçmaq, yerimək də çətindi. Birtəhər alışa bildim və “Qarabağ”a uyğun gəldim. Düzdü, hələ gənclər komandasında və əvəzedici heyətdə oynayıram.
- “Qarabağ” necə klubdu? Bir qədər ətraflı məlumat verərdiniz...
- “Neftçi” və “Qəbələ” ilə birlikdə Azərbaycan futbolunun lideridi. Gənclər və əvəzedicilərdən ibarət komanda oyunlarını Bakıya yaxın qəsəbədə keçirirlər. Əsas komanda isə Tofiq Bəhramov adına stadionda oynayır. Belə deyim, yayda buraya baxışa gələndə hər şey qısa zamanda xoşuma gəldi. Baza, meydança və şəhəri o qədər bəyəndim ki, ağlımdan Azərbaycanda uzun müddət qalmaq fikri keçdi.
- “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası Gənclər Liqası ilə yanaşı, Azərbaycanın U-19 liqasında da oynayır...
- Azərbaycanın U-19 liqası elə də güclü deyil, Ukrayna çempionatı ilə müqayisədə səviyyəsi çox aşağıdı. Ən məsuliyyətli oyunlar “Neftçi” ilə keçir. Aramızdakı son derbidə ilk qolu biz buraxsaq da, sonra hesabı bərabərləşdirməyi bacardıq. Son dəqiqələrdə isə mən qələbə qolunu vurdum. Onu da qeyd edim ki, U-19-un oyunlarına da azarkeşlər gəlirlər.
- “Qarabağ”ın maliyyə vəziyyəti nə yerdədi?
- Sevindirici haldı ki, bizdə mükafat da var. Hətta U-19 liqasında, eləcə də əvəzedicilərin çempionatında prinsipial matçlarda qələbə qazananda da “premiya” alırıq. Bu, motivasiyamızı artırır.
- “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Bakıya futbol bumu gətirdimi?
- Təbii ki. Çempionlar Liqası oyunlarında burda anşlaq olur. Hələ bizimlə eyni qrupa düşən rəqibləri demirəm. “Kopenhagen”lə pley-off matçında da anşlaq oldu, “Roma” ilə qrup oyununda da. “Atletiko” ilə görüşə bir qədər az azarkeş gəlmişdi. Amma bu matçı da 40 min insan stadiondan izlədi. Növbəti qonağımız “Çelsi” olacaq. İngilislərə də qol vurmaq istəyirəm.

Bu xəbər oxundu
- - -