Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Trampı Rusiya oynadır...“

13.11.17, 8:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın iki keçmiş kəşfiyyat başçısı bəyan ediblər ki, Donald Tramp ABŞ üçün "təhlükə" təşkil edir, çünki o, Rusiya tərəfindən oynadılır.
Bu bəyanatdan az əvvəl Donald Tramp Putinin, Rusiyanın ABŞ seçkisinə müdaxilə etmədiyi barədə açıqlamasına inandığını bildirmişdi.
Milli Təhlükəszilik Agentliyinin keçmiş rəhbəri Cames Klapper və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş başçısı Con Brennan onları "siyasi badalaq" adlandıran prezidentə sərt cavab veriblər.
Tramp bu iki keçmiş rəsminin Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyi barədə qənaətlərini tənqid etmişdi.
"Birincisi, o bizi "siyasi badalaq" adlandırır, çünki kəşfiyyatın gəldiyi nəticələrin legitimliyinə şübhə yaratmaq istəyir" - Brennan CNN telekanalına deyib.
O əlavə edib ki, Rusiyanın seçkiyə müdaxilə etdiyinə dair nəticələrə şübhə yaratmaqla Tramp Putinin əlinə oynamış olur.
Brennan bunu da qeyd edib ki, bütün bunlar cənab Putinə Donald Trampın onun qılığına girə bilən xarici liderlər tərəfindən idarə olunmasının mümkünlüyünü nümayiş etdirir, bu isə milli təhlükəsizlik üçün son dərəcə böyük hədədir.
Xüsusi prokuror Robert MuellerTrampın köməkçilərinin Kremllə mümkün sövdələşməsini araşdırır və bu təhqiqatın gedişində artıq ittihamlar irəli sürülüb.
Ötən şənbə günü prezident Tramp Air Force 1 təyyarəsinin göyərtəsində jurnalistlərə demişdi ki, Rusiya ilə münasibətlərin korlanması "milyonlarla insanın həyatı bahasına başa gələ bilər".
Prezident Rusiyanın seçkiyə müdaxiləsinə dair iddiaları Putinin nəzərinə çatdırıb-çatdırmadığı barədə suala cavab verərkən deyib ki, o, Rusiya prezidentinin bəyanatına inanır.
"O hər dəfə məni görəndə deyir ki, mən bunu etməmişəm və mən ona inanıram" -Tramp deyib.
Da Nanqda keçirilən APEC summitindən sonra Tramp adəti üzrə yazdığı tvitdə "nifrətçilərə və axmaqlara" müraciətlə bəyan edir ki, "Rusiya ilə yaxşı münasibət yaxşı şeydir, çünki o, Şimali Koreya problemini həll etmək istəyir".
Ötən həftəsonu Tramp Şimali Koreya liderini "gombul və qısaboy" adlandırıb.
Tramp APEC sammiti ərzində regional liderlərlə görüşlər keçirib.
Bazar günü Vyetnamda jurnalistlərin suallarına cavab verən Con Kelli prezidentin internetdəki "fəaliyyətinin" yaratdığı qalmaqalı yatırmağa çalışıb və deyib ki, o Trampın tvitlərini oxumayıb.
Kelli deyib ki, tvitlərə əhəmiyyət verməyə dəyməz, çünki həyatı onlar yox, görülən işlər idarə edir.
Lakin elə bazar günü Tramp öz sözlərinin əksinə gedərək deyib ki, o ABŞ kəşfiyyatına etibar edir.
Buna baxmayaraq, Klapper Trampın şənbə günü dediklərindən yapışıb. O, CNN telekanalına deyib ki, belə mövqe dəyişiklikləri Trampın zəifliyini nümayiş etdirir.
O bildirib ki, Tramp prezidentliyin gətirdiyi dəbdəbədən zövq alır və bu xüsusiyyət onun zəifliyini göstərir.
"Mən düşünürəm ki, ruslar və çinlilər Trampı oynada bilərlər," -Brennan deyib.
Tramp həm demokratların, həm respublikaçıların hakimiyyəti altında çalışmış Klapper və Brennanı, habelə keçmiş FTB rəhbəri Komeyni "bu Rusiya məsələsinə" görə sərt tənqid edib.
Brennan deyib ki, o, Trampın tənqidlərini "şərəf ordeni" hesab edir.
"Veteranlar günündə bütün həyatını bu ölkəyə həsr etmiş Cim Klapper barəsində şübhə yaratmaq cəhdi hiddət doğurur. Məncə, cənab Tramp bundan utanmalıdır. Amma belə görünür ki, onun öz hərəkətlərindən utanmaq qabiliyyyəti yoxdur," -Brennan deyib.
Trampın maliyyə naziri keçmiş kəşfiyyat başçılarının dediklərini "axmaq bəyanatlar" adlandırıb.
"Prezident Trampı heç kəs oynatmır, - maliyyə naziri Steven Mnuchin CNN telekanalına deyib, - prezident Tramp diqqətini Şimali Koreya və Suriya kimi ciddi sahələrə yönəldib və biz bu sahələrdə Rusiya ilə işləyib onları öz strategiyamıza çəkməliyik".

Bu xəbər oxundu
- - -