Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BTQ-yə alternativ layihə: Rusiya Asiyanı razı salmağa çalışır

13.11.17, 8:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya Avropa və Asiya arasında yük daşınması üçün effektiv marşrutlar yaradılmasında maraqlıdır.
Bunu Manilada keçirilən ASEAN ölkələrinin sammitində çıxışı zamanı Rusiya Baş naziri Dmitri Medvedyev söyləyib.
“Bu səylərin əsas məqsədi yüklərin daşınması üçün marşrutları maksimal şəkildə sürətli etməkdir. Burada həmçinin iqtisadi rentabellik, Uzaq Şərqdə güclü nəqliyyat sisteminin formalaşdırılması məsələsi də var. Biz bununla Asiya Sakit okean regionunun tələbatını ödəməyə çalışırıq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Çelyabinsk vilayətində çıxışı zamanı Moskvanın Çindən Avropaya gedəcək və Rusiya ərazisindən keçəcək dəmiryol xəttinin çəkilməsində maraqlı olduğunu bildirib. Putinin bu açıqlaması dünya KİV-ləri tərəfindən Moskvanın Bakı-Tiflis-Qars dəmiryoluna alternativ yaratmaq istəməsi kimi dəyərləndirilib.
Mütəxəsislər isə Rusiyanın bu istəyinin BTQ-yə alternativ olmadığını bildirib. Belə ki, BTQ artıq işə düşüb, Rusiyanın həyata keçirmək istədiyi isə hələ təsdiqlənməmiş layihədir. Üstəlik, Rusiyanın yeni layihəsi həyata keçəcəyi halda belə BTQ-dən təxminən iki dəfə uzun olacaq ki, bu da yükdaşımada əlavə xərc və vaxt itkisi sayılır.

Bu xəbər oxundu
- - -