Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü müstəsna əhəmiyyət daşıyır”

13.11.17, 10:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bəzi məsələlərin həlli regionun iki böyük dövləti olan Rusiya və Türkiyənin münasibətlərinin səviyyəsindən və regionda cərəyan edən proseslərə baxışlarından, yanaşmalarından asılıdır”. Bu fikri deputat Musa Qasımlı Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək görüşünü şərh edərkən deyib. Deputat deyib ki, bu iki ölkə yaxın olduğu zaman Cənubi Qafqaz regionunda bir çox məsələləri həll edə bilirlər. M. Qasımlının fikrincə, münasibətləri pozulduqda isə həm bu ölkələrin özləri, həm də region xalqları əziyyət çəkir: “Bu baxımdan yanaşsaq, Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü müstəsna əhəmiyyət daşıyır. İki ölkə rəhbərinin müzakirə edəcəyi çoxlu məsələlər var. Bura ikitərəfli siyasi, ticarət-iqtisadi və başqa münasibətlər, regional (Yaxın, Orta Şərqdə şərait , Cənubi Qafqazda münaqişələr) məsələlər daxildir”.
Deputat hesab edir ki, Rusiya və Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilərlər: “Moskvada dərk etməlidirlər ki, Ermənistan Rusiyanın ayaqlarının altını qazır və ondan istifadə edərək çirkin niyyətlərini həyata keçirməyə çalışır”.

Bu xəbər oxundu
- - -