Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyan tərəfindən vasitəçilər göndəriləcək”

13.11.17, 10:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistanda tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz olaraq ayağa qalxıblar”. Bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu son günlər işğalçı ölkədə erməni tələbələrinin etiraz aksiyaları keçirmələrini şərh edərkən bildirib. Onun sözlərinə görə, erməni tələbələr bu günədək təhsil naziri və baş nazirlə görüşüblər. Lakin bu görüşlər Serj Sarkisyanın hiyləgərliyinin tərkib hissəsidir. SİTAT: “Baş nazir və nazirlərin bu tələbələri qəbul etməsi tələbə aksiyalarını ləğv emək istiqmətində Serj Sarkisyan hiyləgərliyinin birinci layı kimi qəbul edilməlidir. Görüşlər, o cümlədən güclü ritorikaya malik baş nazirlə də görüş tələbələri öz iddiasından geri qaytarmadı. Belə olan halda artıq Ermənistanın prezidentinin hiyləgərliyinin ikinci layı başlayır: Guya hərbi xidmətdən möhlət hüququnun ləğvindən Sarkisyanın xəbəri olmayıb. Parlamentdə belə fikirlər səslənir. Ermənistanın Müdafiə nazirinin müavinlərindən birinin verdiyi bəyanat da təxminən Sarkisyanı vəziyyətdən xilas etməyə yönəlib”. “Əvvəla, Ermənistanda Sarkisyanın iradəsi olmadan heç kim belə qərar qəbul edə bilməz”-deyə qeyd edən politoloqa görə, ikinci məsələ müdafiə naziri Vigen Sarkisyanın uzun müddət Serj Sarkisyan administrasiyasının rəhbəri olduğunu xatırladıb: “Sarkisyan bütün addımlarını prezident Sarkisyanın oyununa uyğunlaşdırır. Ona görə Vigen Sarkisyan Serj Sarkisyanla məsləhətləşmədən belə konsepsiyanı ortalığa qoymazdı. Üçüncü və ən böyük arqument: Sarkisyan rəsmən və publik şəkildə bu konsepsiyanı müdafiə etdi. Ona görə baş verənləri Sarkisyanın üç laylı hiyləgərliyinin iki layının reallaşması kimi qəbul etmək olar”. Mübariz Əhmədoğlu hesab edir ki, Sarkisyan hiyləgərliyini üçüncü layını başa düşmək üçün “Sasna srer” hadisələrində baş verənləri xatırlamaq lazımdır. Belə ki, Serj Sarkisyan tərəfindən vasitəçilər göndəriləcək, yerli və xarici bəzi elm adamları işə salınacaq, tələbələrin valideynləri ilə söhbətlər aparılacaq. Yumşalma yaranan kimi güc strukturları fəaliyyətə başlayacaq, aktiv tələbələr həbs olunacaq və “Sasna srer”də vəd verən və sonradan vədini unutduğu kimi, Sarkisyan tələblərə və onların valideynlərinə verdiyi vədləri də unudacaq. “Nəticədə bir neçə erməni gənci həbsxana həyatı keçirməli olacaq. Ermənistan tələbələri Sarkisyan adlı eşafotda növbəyə dayanıblar”-deyə politoloq şərhində bildirib. “Azərbaycandan baxanda bəlkə də bunları müsbət dəyərləndirmək olar”-deyən Mübariz Əhmədoğluya görə amma daha müsbət odur ki, Sarkisyan tələbələri ayağa qaldıran səbəbi dərk etmək istəmir: “Sərkisyan başa düşmək istəmir ki, tələbləri belə vəziyyətə gətirib çıxaran əhalinin miqrasiyasıdır və əhalinin indiki miqrasiyasının səbəbi Sarkisyanın son 10 illik prezidentliyi dövrüdür və bundan da sonra Sərkisyan hətta hakimiyyətdən gedəcəyi, reallaşdırdığı kursun dəyişəcəyi təqdirdə belə yenə 5-6 il Ermənistanda demoqrafik vəziyyət normallaşmayacaq. Vəziyyət belə davam edərsə, 50 yaşadək qadınlı-kişili Ermənistan vətəndaşlarının ikinci məcburi hərbi xidmət məsələsi aktuallaşacaq. Azərbaycanın xeyrinə olan budur ki, Sarkisyan özü hansı siyasət apardığını dərk edə bilmir. Bəlkə də heç bir azərbaycanlı Ermənistanı belə çətin vəziyyətə sala bilməzdi, o vəziyyətə ki, Sarkisyan salıb. Biz Azərbaycanın gördüyü işi, beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqeyini dərki istiqamətində müsbətə tərəfə dəyişməsinin uğurunu inkar etmirik. Amma o da inkar edilməz faktdır ki, bu günkü Ermənistanın ən böyük problemi Ermənistanın özünü daxilindədir. Azərbaycan torpaqlarının işğalı davam etdikcə, Ermənistan yalnız geriləyəcək. Geriləmə yalnız Ermənistan dövlətçiliyi sıradan çıxanda dayanacaq”.

Bu xəbər oxundu
- - -