Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İslahatların davamlı olmasına ehtiyac var”

13.11.17, 11:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları bundan sonra da davam edəcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Gürcüstanda 4 nazirliyin ləğvi və digər nazirliklərə birləşməsinin post-sovet məkanına təsiri barədə analitiklərin açıqlamasını şərh edərkən belə deyib. Millət vəkili bu islahatların Azərbaycanda daha öncə başladığını və mərhələli şəkildə davam etdiyini vurğulayıb: “Qonşumuz Gürcüstanla yanaşı, bizdə də islahatlar gedir. Fikir verdinizsə, Azərbaycanın dövlət başçısı əvvəlcə Prezident Administrasiyasında ciddi islahatlar apardı. Nəticədə müşavirlik institutu ləğv olundu və onun yerində köməkçi institutu bərpa edildi. Daha sonra Prezident İlham Əliyev Nazirlər Kabinetinin strukturunu yenidən təsdiq etdi və müəyyən şöbələr birləşdirildi, bir qismi isə ləğv edildi. Bundan öncə isə Nəqliyyat Nazirliyi və MTN ləğv edilmişdi. Həmçinin vitse-prezidentlik institutu fonunda hesab edirəm ki, Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları davamlı olacaq. Qarşıda bizi mühüm dəyişikliklər gözləyir. Ümumiyyətlə, indiki zamanda iqtisadi və siyasi islahatların davamlı olmasına ehtiyac var, daha çevik qərarlar qəbul edən hökumət formalaşmalıdır və hazırda bu proses normal səviyyədə həyata keçirilir”.
Millət vəkili növbəti dəyişikliyin vaxtı ilə bağlı da danışıb:
“Bu islahatlar birbaşa prezidentin səlahiyyətindədir və vaxtı yetişdikcə aparılır. Növbəti mühüm dəyişikliklərin vaxtını da prezident özü müəyyən edəcək”.

Bu xəbər oxundu
- - -