Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Liviya, Suriya, Ukraynada eyni ssenari

13.11.17, 11:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Topwar.ru”, yazır ki, Liviya, Suriya və Ukrayna hadisələrinin ssenarisi eyni cürdür: əvvəlcə xalqı hiddətə gətiriblər, sonra iğtişaşların qızğın çağında çevriliş təşkil edib və bunu xilas kimi təqdim ediblər. Çevriliş bir neçə mərhələdən keçir: planlaşdırılmış etirazlar, etirazçıların xalqı qəzəbələndirən qətlə yetirilməsi, (BMT qətnamələr qəbul edir, ya da sanksiyalar tətbiq edir), silahlı üsyan və hökuməti devirmək cəhdi, 3 mərhələ uğursuz başa çatsa, hədəfi hökuməti devirmək olan tammiqyaslı vətəndaş müharibəsinin aparılması üçün vəsait ayrılır.
Xəbər verilirdi ki, hər üç ölkədə “dinc etirazlar keçirilir, amma gerçəklikdə hər şey bu cür deyildi. Etirazlar həmişə dinc şəkildə başlanıb və gərəkli ton verib. Lakin ölkədə hər şey sakitdirsə, həqiqi dinc etirazlar heçə çıxır. Cəmiyyətdə etiraz və zorakılıq sənəti az adama məlumdur. Ancaq elita və bəzi qruplar kütlə psixologiyası üzrə əsil ekspertdirlər. Sosial mühəndisliyin quruları virus reklamları yaradan marketoloqlar kimi etiraz və üsyanlar təşkil edirlər. Məsələn, 10 fitnəkar və satın alınmış 100 ictimai liderin gücüylə 1000 nəfərin iştirakıyla etirazı asanlıqla təşkil etmək, sonra isə qiyama çevirmək mümkündür. İğtişaşlar başlanan kimi dinc etirazçılar “sürü hissi” üzündən təhlükəli qüvvəyə çevrilirlər. Kifayət qədər pul və silaha sahib olmaqla istənilən hökuməti devirmək olar.
Liviya Qəddafinin dönəmində sabit və varlı bir ölkəydi. Vətəndaşlar pulsuz təhsil və tibbi xidmət hüququna malik idilər, yeni evlənənlər pulsuz mənzil alırdılar, Liviyadakı İnsan İnkişafı İndeksi (İİİ) Afrikada ən yüksəklərdən birdiydi. Suriya da tərəqqi edirdi, ölkədə güvənlik var idi. Ölkə ÜDM-i Əsədin dövründə üç dəfə artmışdı, inflyasiyanın aşağı həddi saxlanırdı, borcun miqdarı isə yarıbayarı azalmışdı. Milyonlarla turist hər il Suriyaya – gözəl, azad və güvənli ölkəyə səfər edirdi.
Ukrayna iqtisadi uğurlarla qürrələnə bilməzdi, xalq isə siyasətçilərin fəaliyyətindən tam razı deyildi, amma bu, Ukrayna üçün adi şey idi. Bu cür şəraitdə etirazları necə təşkil etməli? Liviyada səbəb polisin bir neçə etirazçını öldürdüyü 2006-cı il toqquşmaları haqda xatirə kimi təşkil edilən “Qəzəb günü” oldu. 2011-ci ildə etiraz və qiyamlar əvvəlcə uzaq, kiçik şəhərlərdə baş verirdi. Böyük şəhərlərdə və Tripolidə sakitlik idi. Sanki orada keç kim etirazlardan şübhələnmirdi də.
Suriyada fevralda qiyam təşkil etməyə ilk cəhdlər baş tutmadı. Martda Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi məscidlər vasitəsilə böyük pullar və təbliğatın yardımı ilə sərhədyanı kiçik Dərya şəhərində (Amerikanın İordaniyadakı … hərbi bazasının yaxınlığında yerləşir) etirazlar təşkil olundu. Dərya şəhərindəki məşhur Öməri məscidi silah, döyüş sursatı və pul anbarına çevrildi. Liviyadakı kimi böyük şəhərlərdə (Dəməşq, Hələb) hər şey sakit idi.
Ukraynada Corc Soros, ABŞ beynəlxalq inkişaf Agentliyi və Milli Demokratiya Fondunun sayəsində bir anda fəaliyyət qoşulmağa hazır olan ictimai hərəkatların sazlanmış sistemi yaradılmışdı. Kiyevdən qıraqlarda etirazlar yox idi, amma KİV-lər illüziya yaradırdı ki, saxta Avromaydan inqilabını bütün ölkə dəstəkləyir.
Media bu mərhələdə azadlıq və ədalət uğrunda çıxış edən dinc etirazçıların gözəl fotoşəkillərini və videolar dərc edir. Bu, kimə xoş gəlməyə bilər? KİV-lər bu cür etirazları həmişə “kortəbii” adlandırıb. Əlbəttə, qiyamların baş verdiyi ölkədən kənardakı adamların əksəriyyəti bu əhvalatları həqiqi hesab edirdi.

Bu xəbər oxundu
- - -