Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İsveç nümayəndə heyəti “Azercell”in nailiyyətlərini yüksək qiymətləndirib

13.11.17, 14:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsveç Krallığının Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 8-də ölkənin aparıcı mobil rabitə təminatçısı “Azercell Telekom”a baş çəkib.
Mobil operatordan verilən məlumata görə, bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan “Azercell” şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq məqsədilə həyata keçirilmişdir.

Dövlət katibi cənab Oskar Stenström və İsveç Krallığının Azərbaycandakı səfiri xanım Ingrid Tersman Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyevin başçılıq etdiyi “Azercell” rəhbərliyi ilə görüş keçiriblər.
“Azercell”in prezidenti Vahid Mürsəliyev rəsmi nümayəndə heyətinə bu səfərə görə minnətdarlığını bildirib, “Azercell” və onun əsas investoru olan “Telia” şirkəti arasında uzun illər ərzində formalaşmış güclü işgüzar əlaqələrin və təcrübə mübadiləsinin şirkətin davamlı inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyini vurğulayıb. İsveç telekommunikasiya lideri və “Azercell”in əsas investoru “Telia” şirkəti bu görüşdə şirkətin prezidenti yanında Baş Məsləhətçisi Kjell Lindstrom tərəfindən təmsil olunub.
Nümayəndə heyətinə “Azercell”in tarixi, ümumi biznes fəaliyyəti, ölkənin telekommunikasiya sektoruna yatırılmış investisiyalar, şirkətin Azərbaycan bazarına təqdim etdiyi yeniliklər, eləcə də sənayenin ən son tendensiyalarına uyğun gələcək planlar barədə məlumat verilib. Müzakirələr zamanı həmçinin “Azercell”in Məsuliyyətli İşgüzar Davranış, Etika və Uyğunluq, Dayanıqlıq və Korporativ Sosial Məsuliyyət sahələrinə verdiyi töhfə və innovativ texnologiyalar, sahibkarlıq və insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi O.Stenström “Azercell” rəhbərliyinə xoş qarşılanmaya görə təşəkkür edib və qeyd edib ki, “Azercell” gələcəyin ən perspektivli və tələb olunan sahəsi sayılan telekommunikasiya sektorunda inkişaf edən nümunəvi şirkət kimi özünü uğurla nümayiş etdirir və qlobal iqtisadiyyatın əsas resurslarından biri olan mobil internet xidmətlərini istifadəçilər üçün mümkün edir.

Bu xəbər oxundu
- - -