Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tiflis nazirlikləri birləşdirir

14.11.17, 8:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcüstan hakimiyyətinin genişmiqyaslı kadr dəyişikliklərinə getməkdə əsas məqsədi hökumətin səmərəliliyini artırmaqdır.
Bu sözləri Gürcüstan hakimiyyətindəki kadr dəyişiklikləri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Gürcüstanda dörd nazirliyin ləğv edildiyini qeyd edən politoloq prosesin davam edəcəyini ehtimal edir:
“Gürcüstanda hələ də sovet dövründən qalma bəzi idarəetmə strukturları var. Hakimiyyət bürokratik əngəllərə və süründürməçiliyə səbəb olan bu qurumların ölkədəki qərarların qəbuluna mənfi təsir göstərdiyini düşünür. Gürcüstan Qərb təcrübəsinə əsaslanaraq çevik qərarlar qəbul edən və bürokratik əngəllərə səbəb olmayan işlək bir siyasi sistem formalaşdırmaq istəyir. Bu siyasi sistem rüşvət və korrupsiyanı son nəticələrinə qədər aradan qaldırmalı, idarəetməni xeyli sadələşdirməli, keyfiyyət parametlərini artırmalıdır. Bu cür idarəçilik sistemi birbaşa insanların mənafeyinə də təsir göstərəcək. Gürcüstan hökuməti əhalinin ehtiyaclarına, ərizə və şikayətlərinə daha operativ cavab vermək məqsədilə bu cür sadələşdirilmiş və keyfiyyətli idarəetmə modelinə keçir. Bu modelin gələcəkdə elektron hökumətə çevrilməsi də gözləniləndir”.
Politoloqun sözlərinə görə, Tiflisin nəzərdə tutduğu siyasi islahatlar paketi çox böyük dəyişiklikləri, ilk növbədə hökumətin mobilliyini və səmərəliliyini artırmaq məqsədi güdür:
“Çünki parlament üsul idarəsində həm parlamentin, həm də hökumətin xalq qarşısında məsuliyyəti çox böyükdür. Xüsusilə də bu islahatlardan sonra hökumətin cavabdehliyi daha da artacaq. Hökumət ən kiçik xətaya görə ciddi məsuliyyət altında qalacaq. Zənnimcə, Gürcüstan hökuməti aparılan bu son reformalarla yığcam idarəetmə aparatına çevriləcək və nəticədə hakimiyyət xalqla daha da yaxınlaşacaq. Hətta bu proseslərdən sonra postsovet məkanındakı bir sıra müstəqil respublikaların Gürcüstan təcrübəsindən istifadə edəcəyi şübhəsizdir”.
Qeyd edək ki, bu gün Gürcüstanda Nazirlər Kabinetinin iclası keçirilir. Bir sıra nazirlərin istefaya gedəcəyi gözlənilir. İstefaya gedənlər arasında Təhsil naziri Aleksandr Cedjelava, İdman naziri Tariyel Xiçikaşvili, Ətraf Mühit naziri Qiqla Aqulaşvili, Avrointeqrasiya üzrə dövlət naziri Viktor Dolidze və Daxili İşlər naziri Georgi Mqebrişvilinin olacağı bildirilir. Mqebrişvilinin yerinə İqtisadiyyat naziri Georgi Qaxariyanın təyin olunacağı gözlənilir.

Bu xəbər oxundu
- - -