Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bizim cavab çox sərt olacaq“

14.11.17, 9:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsraildə Səudiyyə Ərəbistanı və İran arasındakı münaqişə həyəcanla izlənilir

Son vaxtlar ölkə rəhbərliyi bəzi ölkələrin regiondakı yeni müharibəyə yəhudi dövlətini cəlb etmək cəhdləri daxil olmaqla hadisələrin inkişafının bütün mümkün variantlarını nəzərdən keçirir. "Yaxın Şərqdə əvvəlki kimi İsrailə qarşı hücumlardan sevinənlər var. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim cavabımız çox sərt olacaq və kiməsə bizim gücümüzü yoxlamağı məsləhət görmürük ", - deyə bazar günü hökumətin həftəlik qurultayının açılışını edən ölkənin baş naziri Benyamin Netanyahu bəyan edib.
Netanyahunun sözləri ilk növbədə Fələstinin "İslam cihadı" (İsraildə, ABŞ-da və bir çox ölkələrdə terror təşkilatı kimi qəbul edilir) təşkilatının rəhbərliyinə ünvanlanıb. Oktyabrın 30-da Qəzza bölgəsi ilə sərhəddə yeraltı tunelin məhv edilməsi istiqamətində aparılan hərbi əməliyyatlarda 12 döyüşçü məhv edilib. 2014-cü ilin yayında, Qəzza bölgəsində hərbi döyüşlər başa çatdıqdan sonra ilk dəfə olaraq İsrail Fələstin döyüşçülərinin yeraltı mövqelərinə hücum zərbələri endirib. Hərbçilərin sözlərinə görə, İsrail ərazisinə qədər gedib çıxan bu tuneldən Qəzza bölgəsinə bitişik məntəqələrdə yaşayan sakinlərə qarşı terror aktından istifadə oluna bilərdi.
5 döyüşçünün cəsədi hələ də İsrailin əlindədir. Hazırkı mərhələdə İsrail onları Qəzzaya qaytarmaqdan imtina edərək əvəzində 2014-cü ilin yayında bölgədə gedən döyüşlərdə həlak olan iki İsrail hərbçisinin cəsədinin qaytarılmasını tələb edir. "İslam cihadı" fəallarının ölümüylə bağlı cavab verəcəklərini vəd etmişdilər. Lakin hadisədən iki həftə keçməsinə baxmayaraq heç bir reaksiya yoxdur. Bu isə İsrailin hərbi ekspertlərinə Qəzza bölgəsindəki Fələstin təşkilatının davranışları ilə ərəb dünyasındakı son gərgnlikılər arasında açıq-aşkar əlaqə olduğunu söyləməyə əsas verib.
Sonuncu münaqişələrə səbəb Səudiyyə Ərəbistanı ilə açıq-aşkar İran tərəfindən dəstəklənən "Hizbullah" şiə qruplaşması arasında yaranan gərginlikdir. "Fələstinli terrorçuların İsrailə qarşı istənilən təxribatına biz dərhal cavab verə bilərik və bu da Qəzza bölgəsində yeni müharibəyə səbəb ola bilər. Bu gün Yaxın Şərqdə böyük müharibənin məhz bizim tərəfimizdən başlanmasını görmək istəyən kifayət qədər "oyunçular" var. Bu onlara öz daxili problemlərini həll etməyə köməklik edə bilər",-deyə ehtiyatda olan general-mayor Dani Rotshield bildirib.
"Galey Tsakhal" ordu radiostansiyasına müsahibə verən general Rotshield qeyd edib ki, İsrail Səudiyyə Ərəbistanı ilə İran və "Hizbullah"ın daxil olduğu şiə məhvəri arasındakı münaqişədə öz mövqeyini gizlətməməlidir. Bir halda ki, Səudiyyə Ərəbistanın maraqlarıyla yəhudi dövlətinin maraqları bir çox hallarda üst-üstə düşür.
Hər iki dövlət hesab edir ki, İran Yaxın Şərqdə sabitliyi pozan başlıca amildir və baxmayaraq ki, dipolmatik əlaqələr mövcud deyil, o, faktiki olaraq barrikadanın birtərəfində fəliyyət göstərir. Noyabrın əvvəlində İsrail rəhbərliyi Livanın baş naziri Saad Haririnin istefasına rəsmən münasibət bildirmişdi.
"Livanın baş naziri Haririnin istefası və bəyanatı beynəlxalq ictimaiyyəti Suriyanı ikinci Livana çevirməyə cəhd göstərən İran zorakılığına qarşı təcili tədbirlər görməsinə ciddi bir çağırışdır", - deyə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. İlk baxışda, bu addım bəziləri üçün gözlənilməz ola bilər. Çünki İsraildə uzun müddət müxtəlif regional münaqişələr barədə öz mövqeyini rəsmən bəyan etmək düzgün hesab edilmirdi.
"Lakin Hariri ilə bağlı hal, xüsusilə onun Səudiyyə Ərəbistanına səfəri bu qaydalara istisna edib". İsrailin Rusiyadakı keçmiş səfiri, hazırda INSS Milli Təhükəsizlik İnstitutunun baş tədqiqatçısı Tsvi Magen belə deyib. "İsrail bu münaqişənin kənarında qala bilməz, çünki İran onun iştirakçılarından biridir. Bu isə o deməkdir ki, bu bizim əsas maraqlarımızın tərkib hissəsidir. Nəzərə alsaq ki, İsrailin bu gün ABŞ vasitəsilə Səudiyyə Ərəbistanına çıxışı var, ehtimal etmək olar ki, İsrail və Ər-Riyad öz addımlarını sıx şəkildə əlaqələndirirlər",- Magen bildirb. Netanyahunun bəyanatından iki həftə sonra İsrail televiziyasının 10-cu kanalı xaricdə fəaliyyət göstərən İsrail diplomatlarına Xarici İşlər Nazirliyi tərəfindən qeyri-adi göstəriş verilməsi barədə məlumat yayıb. Sənədin əsas ismarıcı - Səudiyyə Ərəbəsitanına Yaxın Şərqdə artan İran təsirinə qarşı müqavimət göstərmək cəhdlərinə diplomatik səviyyədə maksimum dəstək göstərilməsi olub.

Bu xəbər oxundu
- - -