Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Millət vəkilləri AŞ PA-nın komitə iclasına qatılıblar

14.11.17, 11:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər ediblər. MM-dən verilən məlumata görə, iclaslarda Avropada İslam dinini yayan xarici maliyyəçilərin siyasi nəticələrə təsiri, İŞİD terror təşkilatının maliyyələşdirilməsi, AŞPA-nın ATƏT-lə münasibətləri, Suriyadakı vəziyyətin qonşu dövlətlərə təsiri, Liviyanın gələcəyi, Moldovada və Ermənistanda vəziyyət, Polşada demokratik institutların fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.Səfər noyabrın 16-da başa çatacaq.

Bu xəbər oxundu
- - -