Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lavrov Bakı və İrəvanda Qarabağdan danışacaq

14.11.17, 12:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər edəcəyəm"
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında bildirib.
Lavrov səfəri zamanı Dağlıq Qarabağ münaqişəsin də müzakirə edəcəyini deyib:
“Düzü, biz bu barədə hələ rəsmi açıqlama verməmişik. Ancaq gizlətməli bir şey yoxdur. Gələn həftə İrəvan və Bakıya səfər edəcəyəm. İlk növbədə bu səfərdə məqsəd Ermənistan-Rusiya və Azərbaycan-Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı tədbirlərə qatılmaqdır. Görüşlər zamanı, həmçinin ikitərəfli, o cümlədən regional məsələlər də müzakirə olunacaq. Həmçinin biz prezidentlərin sonuncu görüşündən sonra Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesində hazırda harada olduğumuzu aydınlaşdırmağa çalışacağıq”.

Bu xəbər oxundu
- - -