Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Məmmədyarov Nalbandyanla Vyanada görüşək

16.11.17, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, danışıqlar konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb: "Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.
Hikmət Hacıyevin sözlərinə görə, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".
Qeyd edək ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin dekabr ayında Vyanada ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşə razılıq verdikləri barədə məlumat ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatında da öz təsdiqini tapıb.
Həmsədrlər qeyd edib ki, onlar nazirlərin görüşünün gündəliyini hazırlayacaq: “Bura siyasi həll yolunun əsas məsələləri, eləcə də qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üzrə konkret tədbirlər daxil ediləcək. Bundan başqa, əsas diqqət ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə ayrılacaq”.

Bu xəbər oxundu
- - -