Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bakı bu paytaxtların hər birini geridə qoydu”

17.11.17, 11:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bildiyimiz kimi, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu isə növbəti dəfə sübut edir ki, paytaxt Bakı, bütövlükdə isə müstəqil Azərbaycan Respublikası beynəlxalq tədbirlərin mərkəzi statusunu daşıyır. Belə ki, mövcud qərar eyni zamanda ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu idman siyasətinin bariz göstəricisidir”.
Bu fikirləri ekspert Bəhruz Quliyev UCI-nin qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi öz əhəmiyyəti ilə ona görə seçilir ki, yarışların keçiriləcəyi məkan – müstəqil Azərbaycan Respublikası öz sabitliyi, inkişafı və tərəqqisi ilə daim dünyanın diqqət mərkəzindədir:
“Məhz ölkəmizin son illər ərzində artan iqtisadi-siyasi potensialı nəticəsində çoxsaylı beynəlxalq səviyyəli tədbirlər, eləcə də digər bir çox idman növləri üzrə dünya və Avropa çempionatları keçirilib. Bu baxımdan, “BMX Racing” növü üzrə dünya çempionatının da Bakı şəhərində keçirilməsi barədə verilmiş qərar Azərbaycanın istər dünyanın idman aləmində, istərsə də siyasi-iqtisadi sferalarda yerinin daha da möhkəmlənməsinə kifayət qədər stimul verir. Əlbəttə, bu kimi uğurları əldə etməyin təməlində Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət faktoru dayanır”.
Ekspert, istər UCI-nin, istərsə də başqa beynəlxalq idman federasiya və ittifaqlarının davamlı olaraq ölkəmizdə böyük turnirlərin, dünya və Avropa çempionatlarının keçirilməsi üçün qərarlar qəbul etmələri ilə bağlı vurğulayıb ki, ölkəmiz yalnız idman yarışlarını qəbul etmək üçün deyil, digər sahələri əhatə edən və bütün resurslara, infrastrukturlara malik olan ölkə kimi də tanınmaqdadır:
“Regionda və MDB məkanında olmaqla yanaşı, dünya səviyyəsində Azərbaycan liderlik yerini tutub və UCI-nin sözügedən qərarı da buna bariz sübutdur. Çünki bu yarışın keçirilməsi nüfuzlu Avropa ölkələrinin paytaxtlarında – Parisdə, Berlində, Madriddə, Praqada, Varşavada, Moskvada yaxud digər paytaxtlarda da keçirilə bilərdi. Lakin Bakı bu paytaxtların hər birini geridə qoydu. Çünki Azərbaycanda mövcud olan siyasi sabitlik, davamlı inkişaf və s. faktorlar ölkəmizin qüdrətinin göstəricisidir. O cümlədən, belə bir mötəbər tədbirlər ölkəmizdə turizm potensialının inkişafına öz töhfələrini verməkdədir. Ümumiyyətlə, keçirilən hər bir tədbir sözügedən amili daha da isbatlamış olur. Söz yox ki, bütün bunlar bizlər üçün, hər bir azərbaycanlı üçün sonsuz qürur və fərəh hissi doğurur və biz inanırıq ki, məhz ölkə başçımız, Prezident İlham Əliyev cənablarının müəyyən edərək həyata keçirdiyi mütərəqqi siyasət tandemi əldə etdiyimiz və edəcəyimiz uğurların davamlı xarakter alacağına kifayət qədər zəmin yaradır”.

Bu xəbər oxundu
- - -