Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilər Ağdamda dinc sakinləri atəşə tutub

17.11.17, 11:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan ordusu Ağdam rayonunun Çəmənli kəndini müxtəlif çaplı silahlardan atəşə tutub.
Nəticədə yaşayış məntəqəsində təsərrufat işlərində böyük cətinliklər yaranıb. Təsərrufat işləri kənd sakinləri ücün qazanc mənbəyi olsa da cəbhə sakinləri bu işdən mərhumdular. Hər gün atəşə tutulan cəbhə kənd sakinləri işğalçı Ermənistan Ordusunun nəzarəti altında olan pay torpaqlarında min bir əziyyətlə əkib becərdiyi pambıq yığımında təhlükəylə üzləşirlər.
Ermənistan hərbçiləri Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutanda güllələr təmas xəttinin bir neçə yüz metirliyində yerləşən Ağdamın cəbhə kəndlərinə də səpələnir. Kənd sakinləri axşam saatlarında atəşkəsin daha çox pozulduğunu deyirlər.
Cəbhə kənd sakinləri əllərində qalan torpaqlarınıda becərməkdə çətinlik çəkirlər. Kəndin ərazisini açıq-aydın müşahidə edən erməni hərbçilər dinc əhalini görən kimi atəşə tutur. Təsərrufat sakinləri dəfələrlə ermənilərin hədəfinə çevrilib. Bu səbəbdəndə əkin işlərini adətən gecə aparırlar.
Atəşkəsin pozulması ilə yaranan çətinliklərlərə baxmayaraq, Çəmənlidə həyat öz axarındadır. Digər cəbhəyanı bölgələrdə olduğu kimi, burada da soydaşlarımız Ali Baş Komandana və Azərbaycan Ordusuna güvənir.

Bu xəbər oxundu
- - -