Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Livanın baş naziri Hariri Beyruta qayıdıb

22.11.17, 9:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Livanın baş naziri Saad Hariri iki həftə əvvəl Səudiyyə Ərəbistanda səfərdə olarkən istefasını elan etdikdən sonra ilk dəfə Beyruta gəlib. Hariri Beyrut beynəlxalq hava limanında təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən qarşılanıb. Cənab Haririnin Riyadda səfərdə olarkən istefa verməsi siyasi böhrana səbəb olub.
O, Səudiyyə Ərəbistanının onu İranla regional bir güc mübarizəsinin bir hissəsi kimi istefa verməyə məcbur etməsi fərziyəsini təkzib edib. Livan prezidenti Michel Aoun Haririnin istefasını şəxsən təqdim etməyənədək bu istefanın qəbul olunmayacağını deyib. Hariri şənbə günü Parisə uçaraq vəziyyətdən çıxış yolu tapmaq istəyən prezident Emmanuel Makronla görüşüb.
Səfər zamanı cənab Hariri deyib ki, çərşənbə günü müstəqillik mərasimlərində iştirak etmək üçün Livana qayıdacaq. Beyrut hava limanına enişdən qısa müddət sonra ondan Livan xalqı üçün bir mesajı olub-olmadığı soruşulub. O isə "Təşəkkür edirəm" cavabını verib. Saad Hariri daha sonra 2005-ci ildə öldürülən atası Rafiq Əl-Haririnin məzarını ziyarət edib.
Noyabrın 4-də qəfil istefa verən cənab Hariri özünə qarşı sui-qəsddən qorxduğunu bildirib. Cənab Hariri İranı bölgədə "qarışıqlıq, dağıdıcılıq və məhv etmə" yaymaqda günahlandırıb və Livanda İranın müttəfiqi olan Hizbullah qrupunun millətin sabitliyini pozduğunu iddia edib. Hizbullah Haririnin keçən il yaratdığı milli birlik hökumətinin bir hissəsidir. Cənab Haririnin Səudiyyə Ərəbistanı ilə sıx əlaqələri var. O, həm Livan, həm də Səudiyyə vətəndaşlığını daşıyır.

Bu xəbər oxundu
- - -