Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lissabonda beynəlxalq tədbir keçirilib

22.11.17, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanı tədbirdə prokuror Elnur Hümbətov təmsil edib


Lissabonda Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən Portuqaliyanın Daxili İşlər Nazirliyinin dəstəyi ilə 17-ci illik Peşəkar Konfrans və Baş Assambleyasının növbəti iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Avropanın 35 ölkəsindən olan 160-a yaxın nümayəndələr, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qurumlar və vəzifəli şəxslər iştirak ediblər.
Azərbaycanı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov təmsil edib.
İclasda Avropada və dünyada korrupsiyaya qarşı mübarizə səylərinin inkişafının ölçülməsi, korrupsiyaya qarşı mübarizə sahəsində təşkilata üzv ölkələr tərəfindən əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi, dünya ölkələrində korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması, vəzifəli şəxslərin xidməti fəaliyyətinin, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması, vətəndaş-məmur münasibətlərində etik normalara əməl olunması kimi preventiv tədbirlərin həyata keçirilməsi və digər bu kimi aktual mövzular geniş müzakirə edilib, risklərin idarə və analiz edilməsi, eləcə də məlumatların qorunması üzrə işçi qruplar tərəfindən aparılan təhlillərin nəticələri dinlənilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər, ölkə prezidenti İlham Əliyev tərəfindən aparılan institusional və qanunvericilik islahatları, o cümlədən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və “ASAN xidmət” haqqında verilən məlumatlar böyük marağa səbəb olmuş, qeyd edilən nailiyyətləri özündə əks etdirən buklet və broşürlər tədbir iştirakçılarına təqdim edilib.

Bu xəbər oxundu
- - -