Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanda kredit faziləri olduqca yüksəkdir”

22.11.17, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bankların kredit faizlərinin yüksək olması müzakirə edilən məsələlərdəndir. Baxmayaraq ki, Mərkəzi Bank tərəfindən istehlak kreditləri üzrə 29, real sektor üçün isə 25 faizlə məhdudlaşdırılması ilə bağlı qərara qəbul edib. Amma istehlak kreditləri üçün 29 faizin təklif edilməsi belə kifayət qədər yüksək göstəricidir". Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, praktik olaraq banklar depozitləri çox aşağı faizlə cəlb edirlər. Ancaq xarici valyuta ilə kredit veriləndə depozitlərə verilən faizlərin 1 faizi belə banklara çatmır. Buna rəğmın kredit faizləri kifayət qədər yüksəkdir: "Banklar vətəndaşlardan vəsaiti ucuz qiymətə cəlb edir, əvəzində isə yüksək qiymətə kredit təklif edir. Bu vəziyyət vətəndaşların kreditlərə çıxış imkanlarını məhdudlaşdırır, digər tərəfdən, real sektorun xərclərini artırır. Çünki, kredit fazilərinin yüksək olması hətta real sektorun inkişafına maneə olan səbələrdən biridir. Kredit fazilərinin tənzimlənməsi, xüsusən də kredit fazləri üzrə maksimum faizlərə yenidən baxılıb aşağı salınmasına ehtiyac var. Mərkəzi Bank birmənalı şəkildə çalışmalıdır ki, kredit faziləri həm vətəndaşların ödəmə qabiliyyətinə, həm real sektorun xərclərinin optimallaşdırılması baxımından aşağı salınsın. İqtisadi hesablamalar deməyə əsas verir ki, ölkədə kredit fazilərinin aşağı salınması və ucuz kreditlərin təklif edilməsinə ehtiyac var. Bu həm vətəndaşın, həm də biznes subyektlərinin kommersiya banklarının kreditlərindən faydalana bilsinlər. Çox təəssüf ki, hələ kommersiya banklarının ucuz deposit, bahalı kredit siyasətini müşahidə edirik".

Bu xəbər oxundu
- - -