Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var”

22.11.17, 13:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bahar Muradova: “Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”

“İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”. Bunu Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Vitse-spiker bildirib ki, vəkillik rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasını vacib sayır: “Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması istintaqın gedişində bir çox məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər”.

Bu xəbər oxundu
- - -