Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

FHN Akademiyasında görüş

22.11.17, 13:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Birləşmiş Ərəb Əmirliklərinin Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görüş keçirilib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin iştirakı ilə BƏƏ nümayəndə heyəti ilə görüş keçirilib.
Faiq Tağızadə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs edib. O, həmçinin FHN-in və nazirliyin Akademiyasının fəaliyyətindən bəhs edib, maddi-texniki baza və yaradılan şərait haqda qonaqlara məlumat verib.
Qeyd olunub ki, Akademiyada xarici tələbələrin təhsil alması üçün lazımi şərait mövcuddur və gələcəkdə BƏƏ ilə qarşılıqlı tələbə mübadiləsini həyata keçirmək mümkündür.
Nümayəndə heyətinin rəhbəri, briqada generalı pilot Səlim S.Əl-Şəmsin iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb, hər iki ölkənin aidiyyatı qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd edib.
Görüş zamanı “FHN-in Akademiyası” və “Xəzər-2017” beynəlxalq təliminə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Sonda qonaqlar Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.

Bu xəbər oxundu
- - -