Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Millimiz 2 pillə gerilədi

23.11.17, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən FİFA-nın milli komandalar reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən cədvəllə müqayisədə siyahıda bəzi dəyişikliklər qeydə alınıb. Bu dəyişikliklərə səbəb DÇ-2018-in pley-off matçları, həmçinin yığmaların iştirakı ilə baş tutan digər qarşılaşmalardı. Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Yığmamız oktyabrdakı mövqeyini itirib. Düzdü, hesabat dövründə heç bir matça çıxmayan komandamız 9 xal qazanmağa müvəffəq olub. Ötən ay açıqlanan cədvəldə hesabında 272 xalı olan yığmamız indi 281 xala malikdi.
Amma bu artım irəliləmək deyil, geriləməklə nəticələnib. Son siyahıda dünyanın 115-cisi olan millimiz bu dəfə 117-cidi. Üç komanda - KXDR, Qırğızıstan, Bəhreyn milliləri xal hesablarını artırmaqla yığmamızı arxada qoyub. Əvəzində komandamız da Yəməni keçib.

Bu xəbər oxundu
- - -