Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

MTN generallarının məhkəməsi davam etdirilib

23.11.17, 15:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam edib.
Vəkil İlyas Kərimovun verdiyi məlumata görə, qapalı keçirilən iclasda təqsirləndirilən şəxslərdən Natiq Alıyev və Zaur Məmmədov ifadə verib. Onlar ittihamları qəbul etmədiklərini, hər hansı cinayət törətmədiklərini deyiblər.
Prosesdə əlavə şahid qismində bir nəfər MTN əməkdaşı da dindirilib.
Proses noyabrın 28-də davam edəcək.

Bu xəbər oxundu
- - -