Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şərq Tərəfdaşlığı“ sammitindən gözləntilər...

24.11.17, 7:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa İttifaqı və Azərbaycan Dövlət Statisika Komitəsi tərəfindən gerçəkləşdirilən ikinci layihədir".
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O bildirib ki, layihə Azərbaycanda statistika sisteminin müxtəlif sahələrində Avropa standartlarının tətbiqini təmin edir: "Azərbaycanda statistikanın Avropa İttifaqı standartlarına uyğunlaşdırılması çox xoşdur. İnanıram ki, hökumət, nazirlər yeni dünya xəritəsi, yeni iqtisadi məsələlərlə bağlı inanılan statistikaya ehtiyac duyur.
Nazirlərin iqtisadi islahatlarla bağlı düzgün qərar verə bilməsi üçün inanılan, tam, keyfiyyətli statistik məlumatların olması vacibdir. Məlumatların tam uyğunluğu və dəqiqliyi də Avropa İttifaqı üçün önəmlidir.
Bizim dəstək olduğumuz birinci layihə 2012-ci ilin fevral ayında yekunlaşıb. O layihəyə Avropa İttifaqı tərəfindən 900 min avro ayrılmışdı".
Səfir əlavə edib ki, bu, sonuncu layihə deyil: "İşlər davam etdirilir və inanıram ki, yaxın gələcəkdə Azərbaycanda daha inanılacaq statistika sistemi mövcud olacaq".
"Bu gün Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti başlayır. Sammit çərçivəsində Avropa İttifaqına üzv dövlətlər və 6 tərəfdaş ölkə son iki ildə baş verənləri müzakirə edəcək"-deyən səfir Kestutis Yankauskas bldirib ki, hazırda hansı problemlərin mövcud olduğu sammitdə müzakirə ediləcək, eləcə də gələcək tərəfdaşlıq üçün yeni məqsədlər müəyyənləşdiriləcək.
Azərbaycan və Aİ arasında hərtərəfli sazişlə bağlı danışıqların davam etdirildiyini qeyd edən səfir bildirib ki, sammitdən sonra da yeni sazişlə bağlı danışıqlar davam etdiriləcək.
Diplomat əlavə edib ki, Azərbaycan və Aİ arasında yeni sahədə əməkdaşlıq başlayacaq və bu, əlaqələri daha da gücləndirərək, hər iki tərəf üçün faydalı olacaq.

Bu xəbər oxundu
- - -