Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hərraclar tam elektronlaşdırıldı

06.12.17, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Bu, dövlət əmlakının özəlləşdirilməsi prosesinin tam elektronlaşdırılmasıdır. Bu barədə bu gün keçirilən “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda təqdimatda bildirilib. Qeyd olunub ki, bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür. Nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişini birbaşa onlayn izləmək kimi proseslər elektron müstəviyə keçib.
Tədbirdə media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib. Təqdimatda çıxış edən Komitənin Strateji araşdırmalar, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, ölkə rəhbərinin müvafiq fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.
Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, iqtisadiyyata investisiya cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla reallaşdırılması istiqamətində işlərini davam etdirir. Dövlət əmlakının özəlləşdirilməsinin şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi ilə bağlı fəaliyyətini təkmilləşdirir. Komitə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində daima innovativ yeniliklər tətbiq edir. Bildirilib ki, “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusuna həsr olunmuş bu tədbir də belə yeniliklərin davamıdır. Qeyd edilib ki, özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investsisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.
Elektron hərracların istifadəyə verilməsinin prioritet prinsiplərdən biri də məkan məfhumunun aradan qaldırılması, zaman faktorunun minimumlaşdırılması, iştirak prosedurlarının sadələşdirilməsi, statistik göstəricilərin yüksəldilməsidir. Bunun nəticəsində prosesdən büdcə daxilolmalarının artmasına şərait yaranır. Eyni zamanda, bu layihələrin reallaşdırılması vətəndaş məmur münasibətlərinin minimuma endirir, investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanlar yaradır.
Qeyd edilib ki, hərraclarda elektron iştirak etmək Komitənin emdk.gov.az rəsmi səhifəsi ilə izləmək mümkündür. Bu məqsədlə saytda xüsusi keçid də yaradılıb. Elektron hərracdan istifadə mexanizmi kifayət qədər sadə və rasionaldır. Bununla yanaşı Komitənin http://privatization.az saytı vasitəsilə bir virtual məkanda özəlləşdiriləcək əmlak və müəssisələr barədə məlumat əldə etmək və onlayn rejimdə hərracda iştirak etmək imkanları yaradılıbdır. gov.az
Tədbirdə bildirilib ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir. Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və bu proses əyani nümayiş etdirilib.

Bu xəbər oxundu
- - -