Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Saakaşvili özü də bilmədən Putinə işləyir

07.12.17, 8:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Saakaşvili əsla yeni Maydanı həyata keçirə bilməyəcək. Əksinə, o öz siyasi iflasının yeni mərhələsini yaşayır.
Bu sözləri politoloq Qabil Hüseynli deyib. O bildirib ki, onsuz da indiyə qədər Ukrayna hakimiyyətinin yeritdiyi siyasət nəticəsində Saakaşvili tamamilə nüfuzunu itirib:
“Onun yaratdığı partiyanın gücü isə inkişaf etmək əvəzinə, xeyli geriləyib. Bu gün Saakaşvilinin ətrafında olan adamların çoxu rusmeyilli və Ukraynada qarışıqlıq yaratmaq istəyən destruktiv qüvvələrdir. Bu qüvvələrin içərisində Rusiyanın gizli kəşfiyyat idarəsinin adamları da var. Onlar hər vasitə ilə Ukraynada 3-cü Maydan adı altında qarışıqlıq yaratmaq və Ukraynanı öz hədəflərindən uzaqlaşdırmaq məqsədi güdürlər. Təcrübəli siyasətçi kimi Saakaşvili bunları başa düşməli və Ukraynanın paytaxtında kütləvi tədbirlərə rəvac verməməli idi”.
Politoloq vurğulayıb ki, o, korrupsiyaya və Poroşenkoya qarşı mübarizə aparmaq adı altında faktiki olaraq, Rusiyanın pozucu fəaliyyətlərinə yardım edir:
“Özü də bilmədən başqalarının əlində bir alətə çevrilib. Hakimiyyət onun haqqında həbs qərarı çıxarıb. Həbs qərarı icra edilərkən kütləyə qarşı müqavimət göstərmək istəməyən asayiş qüvvələri qan tökülməməsi naminə radikal addımlar atmaqdan çəkindilər. Düşünürəm ki, bu belə davam etməyəcək. Tezliklə onun bu cür çıxışlarının qarşısı alınacaq və Saakaşvili həbs edilərək, ölkədə qarşıdurma yaratdığına görə məsuliyyətə cəlb ediləcək. Daha böyük ehtimalla, o, Gürcüstana təhvil veriləcək”.

Bu xəbər oxundu
- - -