Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nalbandyan razı qalıb...

07.12.17, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycan xarici işlər naziri ilə görüşümüz müsbət ab-havada keçdi"

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla keçirdiyi son görüşün müsbət ab-havada keçdiyini bildirib.
O, bu barədə ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.
"Elmar Məmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi. İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat vurğulayıb.
Nalbandyan həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə gəldiklərini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər.
Bundan əvvəl isə Elmar Məmmədyarov və Edvard Nalbandyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.

Bu xəbər oxundu
- - -