Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın əsas hədəfi terrorçuları gizlətmək olub”

13.12.17, 13:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azər Həsrət: “Hər cür kriminal ünsürü öz himayəsi altına alır ki, onlardan istifadə etsin”


Mübariz Əhmədoğlu: “Ermənistanda terrorçu qruplaşmalarda iştirakı istisna olunmayan böyük qrup toplaşıb”

Məhəmməd Əsədullazadə: “Azərbaycan cəbhədə təzyiqləri artırmalı və işğal olunmuş ərazilərdə yerləşmənin qarşısını almalıdır”


Suriyadan qaçan ermənilərin Ermənistanda, həmçinin işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi məsələsi müxətlif vaxtlarda müzakirə olunub. 22 mindən artıq suriyalıdan söhbət gedir. İşin maraqlı tərəfi isə bunların arasında terrorçuların da yer alması məsələsidir. Təbii ki, terroru dövlət siyasəti edən rəsmi İrəvan döyüş təcrübəsi olan terrorşularla əməkdaşlıqda maraqlı ola bilər və bu da bölgə üçün təhdidlər yaradır.

Siyasi şərhçi Azər Həsrət bildirdi ki, bu rəqəm aşağı-yuxarı doğrudur: “İş ondadır ki, Ermənistan terrorçu dövlət olmaqla hər cür kriminal ünsürü öz himayəsi altına alır ki, onlardan istifadə etsin. Ona görə də Suriyadakı qarışıqlıqdan istifadə edərək qaçqın erməniləri humanitar aksiya adı altında Azərbaycan torpaqlarında yerləşdirib. Təbii ki, Ermənistanın əsas hədəfi bu çoxsaylı qaçqınlardan terrorçuları gizlətmək olub. Onu da bilirik ki, terrora bulaşmış şəxslər heç vaxt normal, dinc danışıqları, sülhü arzu etmirlər. Belə olan halda, əlbəttə ki, Suriyadan gətirilib Qarabağ və digər torpaqlarımızda yerləşdirilən terrorçular münaqişənin nizamlanması ilə bağlkı problemləri daha da qəlizləşdirir. İranın Suriyadakı maraqlarına gəlincə, bu fərqli məsələdir və o terrorçu-qaçqınların Qarabağda yerləşdirilməsi elə İranın da ürəyincədir. Çünki Qarabağın işğal altında saxlanılmasını Ermənistanın özü qədər arzu edən ikinci dövlət də İrandır”.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, 22 min suriyalının Ermənistanda olmasında şübhə yaradan məqamlar hədsiz çoxdur: “Əvvəla gələnlərin hamısının erməni olması təsdiq olunmayıb. Digər millətlərin və dinlərin təmsilçiləri də onların sırasında ola bilər. Yaxud gələnlərin təkcə suriyalı olduğu da sübut olunmayıb. Ola bilər başqa dövlətlərin vətəndaşları da gələnlər içərisində var”.
O bildirib ki, Ermənistan üçün bu ilk təcrübə deyil: “İraqın erməni yeparxiyasının başçısı Avaq Asaduryanın rəhbərliyi ilə İraq erməniləri ABŞ-ın İraqa qarşı müharibəsinin başlanmasında əsas qızışdırıcı rolunda çıxış etdilər. Asaduryanın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu bəlləndi. Nəticədə, yerli əhali erməniləri İraqdan qovdu. Bunların böyük əksəriyyəti Ermənistana gəldi. Amma sifariş yerinə yetirdiklərini əsas götürərək Ermənistanda qalmayacaqlarını bildirdilər. ABŞ Dövlət Departamenti hər biri 20 milyon dollar olmaqla 3 tranşla 17 minlik İraq ermənilərinin Ermənistanda müvəqqəti yaşayışını təmin etdi və İraq ermənilərini dərhal Ermənistandan ABŞ-a köçürməyə başladı. Suriya erməniləri Ermənistanı tərk etməkdə tələsmirlər. Problemləri və narazılıqları isə hədsiz çoxdur. ABŞ və Aİ Suriya ermənilərinin Ermənistanda qalması istiqamətində təxminən 50 milyon dollara yaxın vəsait xərcləyiblər”.
Politoloq vurğulayıb ki, Suriya ermənilərinin Ermənistana gəlməsi “Evə qayıt” dövlət proqramı çərçivəsində deyil: “Ona görə də Ermənistan demək olar ki, Suriyadan gələnlər üçün heç bir vəsait ayırmır. Beləliklə, Ermənistanda içərisində döyüş təcrübəsi olan, terrorçu qruplaşmalarda iştirakı istisna olunmayan böyük qrup toplaşıb və bu qrup heç bir əsaslı səbəb olmadan ABŞ və Aİ tərəfindən maliyyələşdirilir”.
M. Əhmədoğlu qeyd edib ki, ABŞ və Aİ-nin Suriyadan olan qaçqınlara münasibətini Türkiyədəki qaçqınlara münasibəti əyani sübut edir: “Dünya mətbuatında ABŞ-ın Suriya ərazisindəki terrorçu təşkilatlara qarşı mübarizəsinin kəskin olmadığı barədə xeyli materiallar dərc olunub. RF mətbuatında hətta ABŞ-ın İŞİD-ə yardım etməsi ilə bağlı informasiyalar yayılıb. ABŞ-dakı son prezident seçki kampaniyası zamanı İŞİD-in ABŞ tərəfindən yaradıldığı bəlləndi. ABŞ-ın İŞİD-ə bənzər təşkilatların mövcudluğunda maraqlı olduğu hiss olunur. İran və Rusiyaya qarşı mübarizə üçün ABŞ yeni metodlar və variantlar işləyib hazırlayır. Yaxın Şərqdən Ermənistana gələnlər ABŞ-ın bu məqsədində əsas baza rolunu oynaya bilər. Ermənistanda formalaşan İŞİD asanlıqla İranın ərazisinə keçə və orada fəaliyyətə başlaya bilər. Rusiyanın Ermənistandakı hərbi bazasına zərbə vura bilər”.


Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Suriyada 2011-ci ildə başlanan vətəndaş müharibəsi nəticəsində bu ölkədə yaşayan ermənilərin digər ölkələrə köçü baş verdi: “Ermənistan hakimiyyəti Suriyadakı erməniləri Azərbaycanın işğal etdiyi ərazilərdə yerləşdirmək üçün Suriyada olan ermənilərin daşınmasına bsşladı. Qeyd edim ki, Ermənistanda miqrasiyan nəticəsində əhali azalıb. Xüsusilə Qarabağ və ətraf rayonlarda əhali bu yerləri tərk edib. Ermənistan işğal etdiyi Suriya ermənilərini köçürməklə, burada terrorizmin yayılmasına və aparılan danışıqlar prosesinə zərbə vurmuş oldu. Bu gün Laçın,Zəngilan və Cəbrayıl ərazisində suriya erməniləri üçün kəndlər salınıb. Kilsələr tikilir. 22 min Ermənistana gələn ermənilər arasında terrorçu qrupların olması danılmaz faktdır. Ermənistan hakimiyyəti işğal etdiyi Azərbaycan torpaqlarında bu Suriya ermənilərindən terrorçu qruplar hazırlaması istisna deyil. Azərbaycan hakimiyyəti İrəvanın köçürmə siyasətinə qarşı kompleks tədbirlər almalı və beynəlxalq təşkilatlar çərçivəsində bu problemi qaldırmalıdır. Suriya erməniləri yalan vədlərlə işğal etdiyi ərazilərə yerləşdirməklə beynəlxalq hüququ kobud şəkildə pozur. Azərbaycan cəbhədə təzyiqləri artırmalı və işğal olunmuş ərazilərdə yerləşmənun qarşısını almalıdır”. Onun fikirncə, təbii ki, Suriya ermənilərinin bura köçürülməsinə İranın reaksiyası bir o qədər əhəmiyyətli olmayacaq: “İran ümumiyyətlə Ermənistanın Azərbaycan əleyhinə apardığı siyasətə sükutla yaşanır. Ona görə də bu məsələdə İran Ermənistana təsir etməyəcək”.
Məhəmməd Əsədullazadə həmçinin Azərbaycanla Türkiyənin birgə ordu birləşməsi yaratması məsələsinə də toxunub. Ekspert onu da əlavə edib ki, gələn il Qarabağ konfliktinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə-Azərbaycan birgə ordu birləşməsi Naxçıvanda yaradıla bilər: “Bu il ərzində Türkiyə ilə bir neçə dəfə birgə hərbi təlimlər, türk generallarının intensiv səfərləri və iki dövlətin baş qərargahları arasında sənədlərin imzalanması, iki dövlətin ordusunun inteqrasiyasını sürətləndirir”. O, bildirib ki, regionda gedən gərgin geosiyasi proseslər Azərbaycanla Türkiyənin birgə ordu yaratmasını şərtləndirir: "Naxçıvannın təhlükəsizliyinə qarantı olan Türkiyənin burada birgə ordu yaratması qanuna uyğundur. Türkiyə-Azərbaycan birgə ordu birləşməsi, Ermənistanın işğalçı qüvvələrinə qarşı mübarizədə istifadə edilə bilər. Türkiyə Azərbaycanla təkcə hərbi texniki yardımda deyil, şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsində, xüsusi qoşunların müasir döyüş tələblərinə uyğun formalaşmasında mühüm rol oynayır. Göründyü kimi, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Rusiyanın manipulyasiya xarakterli apardığı siyasət və ATƏT-ın Minsk qrupunun həmsədrlərinin münaqişənin həllində ikibaşlı siyasəti, qəbul etdiyi sənədlərdə ərazi bütövlüyü və xalqların müqəddartını qeyd etməsi konfliktin həllini mümükünsüz edir. Ona görə də Azərbaycanın Türkiyə ilə birgə silahlı qüvvələrini inkişaf etdirməsi mütləqdi və zaman Qarabağda növbəti münaqişəni yaxınlaşdırır”.
Politoloq Mirsamir Məmmədov isə deyib ki, Ermənistan hər zaman dünyadakı bütün qüvvələrlə işbirliyində olmağa çalışıb: “Qərblə də, Avropa ilə də, Rusiya ilə də. Həmçinin İran və anti-İrançılarla da. Bu bəllidi ki, ermənilər öz maraqları üçün hər kəsi satarlar. İranın xəbəri olmadan 22 min suriyalının Ermənistana gəlməsi və bilavasitə Qarabağda yerləşdirilməsi mümkün deyil. Suriya mövzusunun əsas kuratorlarından və daha fəal olan oyunçulardan olan İranın başı üzərindən Ermənistan heç bir addım ata bilməz. Suriyalıların ermənistana gətirilməsi və həmçinin Qarabağa yerləşdirilməsi çox ciddi siyasi oyunlara hesablanmış addımdır. Təbii ki, İranla Ermənistanın müştərək addımıdır. Çünki hazırda Ermənistan səfalət içərisindədir və əhali sürətlə ermənistanı tərk edir, Qarabağda isə heç erməni yaşamır. Bu insan boşluğunu doldurmaq və bilavasitə özlərinə etnik dayaq yaratmaq məqsədilə Qarabağa xaricdən sünii köçlər idxal etməyə çalışırlar. Ümumiyyətlə Suriyada, Fələstində, Livanda külli miqdarda ermənipərəst ailələr varki, onların hazırda Ermənistana və Qarabağa gələrək yerləşməsi gözləniləndir”

Əli

Bu xəbər oxundu
- - -