Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sürix protokolları kağız üzərində qaldığından əhəmiyyətini itirib”

14.12.17, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mürtəza Bünyadlı: “Ankara-Moskva yaxınlaşmasından ermənilər ciddi əndişə keçrirlər”

Orxan Vəliyev: “Ermənistanın Türkiyə üçün heç bir strateji önəmi yoxdur”


Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan Sürix protokollarından imtina edəcək. İrəvan Sürix protokollarının bu günə qədər də ratifikasıya edilməməsi səbəbindən bu addımı atacağını bəyan edib.
Eskpertlər bu addımın Trükiyə Ermənistan əlaqələrinə və Qarabağ danışıqları prosesinə hansı formada təsir edəcəyini şərh etdilər.
Siyasət yazarı, araşdırmaçı jurnalist Mürtəza Bünyadlı diqqətə çatdırdı ki, artıq belə bir sənədin qəbul edilməsindən xeyli zaman keçir və bu sənəd kağız üzərində qaldığından əhəmiyyətini itirib: “Sənəd Türkiyə və Ermənistan arasında əlaqələrin bərpasını nəzərdə tutsa da, sonradan Ankara bu sənədin tələblərini yerinə yetirməkdən imitna edib. Səbəbini də açıq formada izah edib ki, Sürix protokolonun icrasının dayandırılması birbaşa Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlıdır. Bildirb ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyib və qonşularına qarşı işğalçı siyasətdən əl çəkməyib İrəvanla hər hansı formada əlaəqlər bərpa olunmayacaq, sərhədlər də açılmayacaq. Elə Ankaranın bu mövqeyi ilə imzalanan sənədi qüvvədən düşmüş hesab etmək olar. Ona görə də Nalbandyanın verdiyi bəyanatı elə də ciddiyə almaq və bunun Qarabağ danışıqlarına hansısa formada təsir edəcəyini düşünmək sadəcə sadəlöhvlük olardı. Sürix protokolunda nəzərdə tutulan müddəalar o dövr üçün əhəmiyyətli idi. Amma indi artıq həmən sənəd əhəmiyyətini demək olar ki, çoxdan itirib. Nalbandyanın bu bəyantının arxasındakı məqamlara gəldikdə onu demək olar ki, son dövrlərdə İrəvan-Moskva arasındakı münasibətlər kəskin surətdə gərginləşib və bu gərginlik daha da dərinləşməkdədir. Ona görə də son aylarda İrəvanın xarici siyasi kursunda Moskvadan uzaqlaşama, qərbmeyillik hiss olunur”.
Onun fikrincə, İrəvan-Moskva arasındakı bu gərginlik Ermənistanla Avropa İttifaqı (Aİ) arasında imzalanan sazişdən sonra daha açıq müstəviyə keçib: “Hətta Rusiya telekanallarında və digər KİV-lərdə Ermənistana qarşı ciddi antierməni kampaniyası getməkdədir. Bir səbəb budur. Digər məqam son illərdə Ankara-Moskva yaxınlaşmasından ermənilər ciddi ənidşə keçrirlər və ermənilər bunu özləri üçün çox ciddi təhlükə hesab edirlər. Erməni ekspertlər açıq formada bu yaxınlaşamdan daha ziyanla çıxacaq ölkə onların olacağını önə çəkirlər. Ona görə də ayıq olmaq və alternativlər axtarışına çxmağı dilə gətirirlər. Lakin Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması qeyri-mümkündür. Ona görə ki, bu ölkə faktiki olaraq Rusiyanın bir subyekti vəziyyətindədir. Növəbti bir məqam Ankara-Moskva- Tehran 3-lüyü, Moskva-Bakı-Tehran, Ankara-Bakı-Tehran, Ankara-Bakı-Tiflis üçtərəfli formaltları Ermənistanı faktiki olaraq bölgədə təklənmiş vəziyətdə qoyur. Bu yolla İrəvan qərbə mesaj verərək Qərbin dəstəyini qazanmaq istəyir. Yəni bu yolla hər zaman olduğu kimi yeni himayədar tapacağı təqdirdə köhnəyə xəyanət edəcək. Necə ki, bu günlərdə Rusiyanın NRV telekanılının aparıcısı Ermənistanı ərinə xəyanət edib, yeni sevgili axtarışında olan qadına bənzətmişdi. Necə deyərlər artıq Rusiyda da ermənilərin bu xəyanətkar məkrli planlarından xəbərdardırlar. Onlar yaxşı bilirlər ki, ermənilər məqsədlərinə nail olmaq üçün istənilən an dostlarına qarşı xəyanət etməyə hazır olan bir cəmiyyətdir. Növbəti məqam Ermənistanın bu məqamdan istifadə edərək son dövrlərdə Qərbin Türkiyəyə olan təzyiqinin artırılmasına nail olmaq istəyidir və bu məsələdə öz xidmətini göstərir. Bu məslədə Qərbdəki erməni lobbisinin dəsətəyini təklif edir. Onsuz da erməni lobbisi Türkiyəyə qarşı təzyiqlərdə və təklənməsində müstəsna rola malikdir. Nalbandyanın, eyni zamanda, son dövrlərdə Ərdoğanın Qarabağla bağlı problemi Rusiya prezdenti Putinlə müzakirə etməsi İrəvanın xoşuna gəlmədiyindən və bundan əndişə keçirdiyindən gündəmə gətirməklə Türkiyəni Qarabağ münaqiçəsində aktiv rol oynamasının qarşısnı almağa çalışır. Çünki Türkiyənin ATƏT-in Minsk Qrupunda aktiv rol oynamaq niyyəti ortadadır və fəaliyətini son dövrlərdə bu istiqamətdə qurub. Ona görə ki, Türkiyənin son aylardakı xarici siyasətinin əsas priorotetlərindən biri məhz Qarabağ məsləsi təşkil edir. Yəni ermənilər bununla özlərini Türkiyəyə təzyiq kampaniyasında aktiv iştirak etməklə bağlı xidmətini təklif edir”.
Politoloq Orxan Vəliyev isə deyib ki, Fransa, ABŞ və Rusiyanın vasitəçiliyi ilə 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan görüşərək aralarındakı sərhədlərin açılmasına dair protokolu böyük təntənə ilə imzaladılar: “Protokolun imzalanması üçün danışıqlar br neçə il ərzində gizli aparılmışdı. İmzalamada göstərilən ikinci anlaşma isə dövlətlər Türkiyə-Ermənistan arasında enerji sahəsində əməkdaşlıq və diplomatik əlaqələrin bərpası idi. Amma imzalanan protololların heç bir bəndində öhdəlik göstərilmir. İmzalanmadan 8 il keçsə də Sürix protokolları həyata keçmədi. Çünki Türkiyə Ermənistanla necə enerji sahəsində əməkdaşlıq edə bilər ki, Türkiyənin özünü Azərbaycan və digər ölkələr enerji ilə təmin edir. Sərhədlərin açılmasına qalsa, Ermənistanın Türkiyə üçün heç bir strateji önəmi yoxdur və Türkiyə ondan asılı deyil. Bu gün Ermənistanın Sürix protokollarını gündəmə gətirib ləğv edəcəklərini bilirməsi yaddan çıxmış və əməl edilməmiş bir protokol ilə Türkiyəni sözündə durmamaqda itiham etməsi və diqqət cəlb eləməsindən başqa bir şey deyil”.
Politoloq Zaur Məmmədov bildirib ki, Ermənistanın Sürix protokollarından imtina edib etməməsi indi heç kim üçün maraqlı deyil. Onun sözlərinə görə, protokollar onsuz da ratifikasiya olunmayacaqdı və bunu ermənilər çox yaxşı bilirlər: “Türkiyə ancaq bir şərtlə qəbul edər ki, münaqişə həllini tapsin. Bu isə indiki vaxtda real deyil. Eyni zamanda, bu gün Ankara özunə qarşı hər hansı bir təhdid törədən dövlətlə əməkdaşlıq etməz”.
Politoloq Əli Qənbərli isə vurğulayıb ki, Ermənistan danışıqlar prosesində ümumiyyətlə maraqlı deyil: “Elə buna görə də, hər vəchlə danışıqlar prosesini yubatmaq və fərqli istiqamətə yönəltməyə çalışır. Çünki, mövcud “status-kvo” Ermənistanın lehinədir. Bu baxımdan ermənilərin bu məntiqi onların təbirincə başa düşüləndir. Danışıqlar artıq uzun müddətdir ki, davam edir. Lakin nəticə yoxdur... Ankara, İrəvan əlaqələrinə gəlincə isə, Türkiyə rəsmiləri dəfələrlə bəyanatlarında bu münasibətlərin Azərbaycan torpaqlarının işğaldan azad olunacağı təqdirdə normallaşa biləcəyini vurğulayıblar. Zatən Ankara və İrəvan arasında münasibətlər yaxşı səviyyədə deyil ki, biz deyək, münasibətlər korlanacaq. Bu addım atılacağı təqdirdə danışıqlar prosesində növbəti yubanmanın yaşanma ehtimalı aktivləşəcək. Mövcud ssenari dəyişəcək. Nəticə etibarı ilə Ermənistan əlavə vaxt qazanacaq”.
Politoloq Fikrət Sadıqov isə hesab edir ki, Ermənistan yaınız Azərbaycanın deyil, həm də Türkiyənin torpaqlarına göz dikib: “Bu günə qədər də onun Türkiyəyə qarşı ərazi iddiaları gündəmdən çıxmayıb. Eyni zamanda, 1915-ci ildə ermənilərin guya soyqırımına məruz qalması yalanı da dünyada yayılır. Bu isə Türkiyəni qıcıqlandırmaya bilməz.
Türkiyə təbii ki, bu sənədi təsdiq edə bilməzdi. Çünki Türkiyə Ermənistan qarşısında müəyyən şərtlər qoyub. Bildirib ki, əgər Ermənistan Azərbaycan torpaqlarını boşaltmasa, öz qondarma soyqırım iddialarından imtina etməsə, bu sənədlər təsdiq edilə bilməz. Ermənistan bunu başa düşdü. Anladı ki, onlar bu fonda normal, sivil siyasət yürüdə bilməyəcəklər. Təbii ki, onlar bu addımı ataraq göstərməyə çalışır ki, guya onlar bundan imtina edir, məsuliyyəti isə Türkiyənin boynuna atmağa çalışır. Əslində isə baş verənlər Ermənistanın işğal siyasətinin nəticəsidir. Bunun başqa izahı yoxdur. Əgər Ermənistan Türkiyənin şərtlərini qəbul etsəydi və sərhədlər açılsaydı, Ermənistan bir qədər nəfəs ala bilərdi. Lakin onlar bunu etmək istəmirlər. Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəmir. Odur ki, bundan sonra Ermənistanın bu protokollardan imtina edib-etməməsi artıq heç bir məna daşımır”.

Əli

Bu xəbər oxundu
- - -