Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Neft Fondunun 2018-ci il büdcəsinin layihəsi təsdiq olunub

14.12.17, 13:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsi müzakirə edilərək təsdiq olunub. Hesablama Palatasından bildiriblər ki, rəy “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb. Rəydə 2018-ci ildə fondun gəlir və xərcləri barədə ətraflı məlumat verilib.
İclasda, Azərbaycan Respublikası Hesablama Palatasının Strateji İnkişaf Planının (SİP) layihəsi geniş müzakirə edilərək təsdiq olunub. SİP 2018-2020-ci illəri əhatə etməklə 5 Strateji Məqsədin reallaşdırılmasına yönəldilib. Ali Audit Qurumlarının inkişaf üzrə Strateji Planına malik olması Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın qəbul etdiyi standartın (ISSAI 12) tələbi olduğu diqqətə çatdırılıb, nəzərdə tutulmuş məqsədlərin Hesablama Palatasının hazırladığı rəylərin və hesabatların təkmilləşdirilməsi, yeni audit metodlarının tətbiqi, normativ hüquqi bazanın genişləndirilməsi, potensialın gücləndirilməsi və maraqlı tərəfdaşlarla, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində formalaşdırıldığı qeyd edilib. Kollegiya iclasında, həmçinin Hesablama Palatasının 2018-ci il üzrə İş Planı təsdiq edilib.

Bu xəbər oxundu
- - -