Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda güzəran getdikcə dözülməz olur

15.12.17, 8:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son bir ildə əsas ərzaqların qiyməti 40%-dən çox bahalaşıb

Ermənistanda geniş istehlak mallarının bahalaşması məsələsini artıq bir neçə həftədir qızğın müzakirə edirlər. Bu, bir sıra obyektiv səbəblər üzündən kəskin şəkildə durur və bu, birinci növbədə respublikada səviyyəsi 29,4% təşkil edən işsizlik və aşağı maaşlardır.
Yaxınlaşan Yeni ilə hazırlıq da boyaları tündləşdirir: adətən, bayram ərəfəsində hər şey bahalaşır, lakin qiymətlər bu dəfə daha erkən artmağa başlayıb.
Vestikavkaza.ru yazır ki, Ermənistan Milli Statistika Xidməti (MSX) “Yoxsulluq və Ermənistanın sosial mənzərəsi” araşdırması çərçivəsində yaşamaq, yaxşı və çox yaxşı yaşayış üçün nə qədər pul gərəkdiyini öyrənmək məqsədilə Ermənistanın beş mindən yuxarı sakinini sorğuya tutub. Sorğunun nəticələrinə əsasən, yaxşı yaşayış üçün bir nəfərə ayda ortalama 347 234 dram və ya 723 $, çox yaxşı yaşayış üçün 655 060 dram və yaxud 1363 $, birtəhər keçinmək üçün 120 523 dram və ya 251 $ lazımdır. Halbuki, son rəsmi statistika məlumatlarına görə, ölkədə minimum əməkhaqqı 55 min dram təşkil edir. Keçən il isə orta aylıq nominal əməkhaqqı 188 851 dram və yaxud 393 $-dan ibarət olub.
Bununla belə, perspektivdə özəl nikbinlik duyulmur: 31,5% hesab edir ki, yeni nəsil daha pis, 19,7% dəyişikliksiz yaşayacağını və sorğulananların yalnız 23,2%-i düşünür ki, hər halda yaşayış yaxşılaşacaq.
2016-cı ilin yekunlarına görə, 2016-cı ildə Ermənistanda yoxsulluğun səviyyəsi daimi əhalinin 29,4%-ni təşkil edib.
Qiymətlərə bağlı durum daha qəlizdir. Milli Statistika Xidməti 2017-ci ilin yanvar-noyabr ayları üçün istehlak qiymətlərinin indeksini dərc edərək, il ərzində – 2016-cı ilin noyabrından 2017-ci ilin noyabrınadək bahalaşan Top-10 məhsulu təqdim edib. Bu reytinqin “fəxri” birinci yerini 40,7% bahalaşmış kərə yağ tutur. Onun qiyməti təkcə bir ay ərzində 5,5% artıb. Qiyməti 40,3% yüksəlmiş donuz əti ikinci yerdədir. Sonra artm göstəricisi üzrə kartof (29%), təzə və dondurulmuş balıq (28,2%), qoyun və quzu əti (26,9%) mal və dana əti(12,9%), pendir və şor (8,5%), təzə və dondurulmuş dəniz məhsulları (8,5%), zeytun yağı (6,5%), həmçinin uşaq qidası (3,2%) gəlir.
“Ət” məhsulları qrupunda qiymətlər ortalama 9,6%, “balıq və dəniz məhsulları” qrupunda 25,1%, artıb, “yağ və piylər”də 14,5%, “süd məhsulları, pendir və yumurta”da isə 4,3% yüksəlib. MSX-nin məlumatına əsasən, bütövlükdə isə istehlak qiymətləri təkcə noyabrda 1,1%, ərzaq mallarına 1,8% artıb.
Lakin bu hələ hamısı deyil. “Jamanak” qəzeti yazır ki, iqtisadçı Baahn Xaçatryan hesab edir: Ermənistanda bahalaşmaya əlavə olaraq çeşidin azalması və keyfiyyət problemi gözlənilir: “Seçim imkanı son dərəcə azalacaq. Bizdə SSRİ-nin acı təcrübəsi var – o vaxt İrəvanda istehsal edilən “Ayna” yuyucu tozu və İrandan gətirilən və Fransa texnologiyasıyla istehsal olunan “Bars” var idi. O, bir neçə dəfə baha olsa da, keyfiyyətliydi və onu tapmaq son dərəcə çətin idi. Hazırda bizdə eyni problem var. Ermənistana daşınan mallar keyfiyyət göstəriciləri üzrə Gürcüstana daşınan mallardan geridə qalır. Biz yenə də SSRİ-yə xas psixologiya ilə üzləşirik: bu və va digər malı haradansa bizə gətirməyi xahiş etmək”.
Lakin bu da ən dəhşətlisi deyil. Hər şeydən qorxulusu – yoxsullaşan əhalinin üzləşdiyi hakimiyyət laqeydliyidir.
“Kasıblar az xərcləyir, bu səbəbdən bahalaşma buna gətirib çıxardır ki, kasıb bahalaşan mallardan öz-özünə yayınmağa məcbur olacaq. Dövlət siyasəti isə ona görə lazımdır ki, qiymət artımı təmin edilməmiş zümrəyə zərbə vuracağı halda onu bahalaşmadan qorusun. Hazırda dövlətin buna müraciət etməyinə ehtiyac yoxdur. Kasıb adamlarda vərdiş var – bahalaşan və yaxud başqa malları almaqdan yayınırlar”- “Johovurd” qəzeti yazır ki, hakim Respublika Partiyası fraksiyasının deputatı, parlamentin səhiyyə və sosial məsələlər üzrə daimi komissiya sədri Akop Akopyan bildirib.
Nəşr şərh edir: “Başqa sözlə, Akopyanın fikrincə, bahalaşma kasıblara ziyan vurmur, çünki fərq etməz, onların pulu yoxdur və alış-verişlə məşğul olmurlar: ət və yağ bahalaşıb, ya bahalaşmayıb, onlar üçün nə əhəmiyyəti var?”
Amma görünür, “xalq” seçkinlərinin antidemokratik ifadələrinə yalnız mətbuat reaksiya verir. “Aravot” qəzetinin redaktoru Akopyanın bəyanatına necə cavab vermək haqda mülahizə yürüdür: “Mandatdan məhrum etmək? Burada mənim daha çox qeyd-şərtim var. Hətta uyğun hüquqi mexanizmlər varsa da, məgər istənilən ifadə edilmiş fikrə görə deputatı mandatdan etmək düzgündür? İstər demokratik olsun, istərsə də ağıllı və ya axmaq fikrə görə. Bəli, sosial məsələlər üzrə MM komissiyasının sədri başa düşməlidir ki, yağ və ya ət təmtəraq predmeti deyil, hər bir müasir insanın rasionuna daxildir və bu ərzaqların qiymətinin yüksəlməsi əhalimizin imkansız təbəqəsinə zərbə vurur… Lakin deyilmiş fikrə görə mandatdan məhrum etmək pis örnək ola bilər. Deputat üçün ən yaxşı cəza üsulu onu təkrar seçilmək imkanından məhrum etməkdir və Akop Akopyanm normal cəmiyyətdə bir də heç vaxr deputat olmazdı. Lakin seçkilər dövrü gələcək, Akopyanın xeyriyyəçiliyini seçicilərin yadına salacaqlar və deputat mandatı yenidən onun cibində olacaq”, – deyə redaktor qüssəylə fikrinə yekun vurur.

Bu xəbər oxundu
- - -