Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Böyük Britaniya Azərbaycana dəstəyini ifadə edib

15.12.17, 10:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Böyük Britaniyanın ticarətin və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb, neft-qaz ilə yanaşı gələcəkdə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Energetika naziri ölkə iqtisadiyyatında neft-qaz sektorunun uzun illər aparıcı mövqeyə malik olduğunu qeyd edərək bildirib ki, hazırda iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını təmin edən islahatlar həyata keçirilir. Böyük Britaniyadan yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə daim töhfələrlə müşayiət olduğunu vurğulayan P.Şahbazov müstəqilliyin ilk illərindən Böyük Britaniyanın Azərbaycanın enerji sahəsində tərəfdaşı kimi fəaliyyətini, əsas investor kimi çıxış etməsini, BP şirkətinin nümunəsində yaradılmış uğurlu əməkdaşlıq modelini yüksək qiymətləndirib. “Şahdəniz-2” layihəsinin icrası və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılması ilə hər iki ölkənin uzunmüddətli perspektivdə maraqlarına təminat yarandığını bildirib.
R.Feyrhed isə təmsil etdiyi hökumətin BP-nin iştirakı ilə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrə, eləcə də “Cənub Qaz Dəhlizi”nin başa çatdırılmasına dəstəyini ifadə edib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlarla maraqlanıb.
Görüşdə Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığına dair digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu xəbər oxundu
- - -