Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanda ötən il əlilliyi olan 67 min uşaq qeydiyyata alınıb“

15.12.17, 13:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

UNİCEF rəhbəri:” Əlilliyi olan uşaqların cəmiyyətin bütün aspektlərinə, xüsusilə də təhsilə daxil edilməsi milli prioritet olmalıdır”

“Rəsmi statistikaya əsasən 2016-cı ildə Azərbaycanda əlilliyi olan şəxs kimi qeydiyyata alınmış uşaqların sayı təxminən 67 min nəfər olub. Onlardan yalnız 12 min 400 uşaq ya evdə, ya da xüsusi müəssisələrdə təhsil alır”.
Bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.
E. Karvardin qeyd edib ki, əlilliyi olan uşaqların cəmiyyətə daxil edilməsinin dəstəklənməsi UNICEF-in Azərbaycanda gördüyü işlərin mərkəzi komponentlərindən birini təşkil edir: “Bu iş yalnız inklüziv təhsil sahəsini deyil, həmçinin gənc uşaqlar arasında əlillik hallarının erkən aşkarlanması və idman oyunları və rekreasiya fəaliyyətlərində iştirak etmələri üçün əlilliyi olan uşaqlar üçün bərabər imkanların yaradılması kimi sahələri də əhatə edir. Əlilliyi olan uşaqların cəmiyyətin bütün aspektlərinə, xüsusilə də təhsilə daxil edilməsi milli prioritet olmalıdır. Əgər biz diqqətimizi yalnız uşağın əlillik halına yox, həm də onun bacarıq və potensialına cəmləşdirsək, o zaman uşağa yaşadığı cəmiyyətə həm bu gün, həm də gələcək üçün mənalı və dəyərli töhfə verməkdə kömək etmiş olarıq”.
Qeyd edək ki, bir gün əvvəl prezident İlham Əliyev 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramını imzalayıb.

Bu xəbər oxundu
- - -