Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ƏSA” Teatrı növbəti tamaşanı təqdim edib

20.12.17, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dekabrın 19-da Opera və Balet Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını təqdim edib.
ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.
Nihad Qulamzadə bildirib ki, tamaşa Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanıb. Tamaşa insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. Tamaşanın baş prodüseri Nicat Qulamdır.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tamaşanın ümid və inam təbliğ etdiyini bildirib. Diplomat teatrın kollektivinin bu ideyanı tamamilə əhatə edə bildiyini söyləyib. O, fiziki əngəlli insanların çoxluq təşkil etdiyi teatrın da digər insanlar kimi cəmiyyətə töhfə vermə və mədəniyyəti zənginləşdirmə potensialına sahib olduğunu xatırladıb. Diplomat əslində bu teatra yardım etməyi özünə borc bildiyini söyləyib. “Məqsədimiz “ƏSA” Teatrı vasitəsilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların hüquqlarını və rifahını cəmiyyətin və inkişafın bütün sahələrində təşviq etmək, əlilliyi olan insanlar haqqında siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində məlumatlılığı artırmaqdır”, - deyə səfir vurğulayıb.
Səhnə əsərində rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev canlandırıblar. Layihədə multimedia işlərini Eltac Zeynalov həyata keçirib.
Tamaşa maraqla qarşılanıb.

Bu xəbər oxundu
- - -