Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Baş məşqçi Rauf Əliyev haqda

21.12.17, 12:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Kukesi” ciddi komandadı. Burda baş verən hər şey mətbuata çıxmamalıdı”. Bu sözləri “Kukesi”nin baş məşqçisi Mladen Milinkoviç deyib. Albaniya klubunun çalışdırıcısı komanda ilə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin gedişinə münasibət bildirib. Klubun rəsmi saytına danışan Milinkoviç forvardın gedişinə üzülmədiklərini söyləyib: “Rauf Əliyev “Kukesi”yə vəziyyəti dəyişmək, fərq yaratmaq üçün gəlmişdi. Ancaq bizim gözlədiklərimizi reallaşdıra bilmədi. Hansı komandaya keçəcəksə, ona orda uğurlar arzulayıram. Rauf yaxşı futbolçudu, ancaq Albaniya çempionatı üçün deyildi. Biz Sindri Quriyə güvənirik. O, hər matçda iştirak edir və əsas heyətə layiqdi. Yəni Əliyevin yoxluğunu hiss etməyəcəyik. Əliyevlə yola davam etməyi planlaşdırırdıq. Yenə də heyətdə ciddi dəyişiklik etməyi düşünmürük. Sahib olduğum komandaya güvənirəm”. Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə mövsümün əvvəlində “İnter”dən (indiki “Keşlə”) keçmişdi.

Bu xəbər oxundu
- - -