Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

TANAP-la Türkiyəyə ilk təbii qaz gələn il veriləcək

21.12.17, 12:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinə (TANAP) sınaq məqsədilə ilk qaz gələn ilin yanvarında vurulacaq. Bu barədə eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. TANAP-ın baş direktoru əlavə edib: “Layihə üzrə Faza-0, yəni 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində gələn ilin yanvar ayı ərzində genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlayacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu gələn il iyun ayının sonuna qədər davam edəcək. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz isə 2018-ci il iyulun 1-də veriləcək”.
Qeyd edək ki, Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir - Faza-0, o cümlədən də Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün görülən işlər. Bu vaxtadək layihənin ümumilikdə 88 faizədək hissəsi icra edilib.

Bu xəbər oxundu
- - -