Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ömər Eldarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

22.12.17, 9:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA "Alimlər evi"nin təşkilatçılığı ilə heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl Ömər Eldarovun yaradıcılığını əks etdirən sərginin təqdimatı olub.
AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Ömər Eldarov böyük həyat yolu keçib: "Azərbaycan dövləti Ömər müəllimin Azərbaycan elminə, Azərbaycan rəssamlıq məktəbinə verdiyi töhfələri daim qiymətləndirir. Ömər Eldarov unikal istedada malikdir. O, mədəniyyətimizi zənginləşdirən memarlıq nümunələrinin müəllifidir. Ulu öndər Heydər Əliyev, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva və bir sıra tarixi şəxsiyyətlərə həsr olunmuş abidələr məhz Ömər Eldarovun adı ilə bağlıdır".
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə yubilyarın fəaliyyətindən danışıb. O deyib ki, Xurşudbanu Natavan, Məhəmməd Füzuli, Hüseyn Cavid, Üzeyir Hacıbəyovun abidələri Ömər Eldarov tərəfindən yaradılıb: "Ömər Eldarovun yaratdığı heykəllər öz janrına görə musiqi əsərləri ilə müqayisə oluna bilər".
Azərbaycan Memarlıq İttifaqının sədri, professor Elbay Qasımzadə qeyd edib ki, Ömər Eldarovun əsərləri ölkə sərhədlərini aşıb.
Tədbir bədii hissə ilə davam edib.

Bu xəbər oxundu
- - -