Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“2018-ci ilin dinamik iqtisadi inkiş ili olacağı gözlənilir”

25.12.17, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“2017-ci il artıq başa çatmaq üzrədir. İlin 11 ayının yekunlarına əsasən tədiyyə balansında müsbət kəsirin yaranması, ixracın idxalı xeyli üstələməsi, qeyri-neft, sənayesi və kənd təsərrüfatı sektorunun artması onu deməyə imkan verir ki, 2017-ci ildə əsas hədəf olan makroiqtisadi sabiliyin təmin olunması və iqtisadi tarazlığın bərpa olunmasına nail olunub”. Bu sözləri millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu iqtisadi tarazlıq növbəti illərdə dinamik inkişafın təməli rolunu oynayacaq: “Belə ki, artıq 2018-ci ildə Ümumi Daxili Məhsulun 2-4% artacağı planlaşdırılır. 3,3 milyard manat həcmində artırılan 2018-ci il büdcəsi növbəti ildə iqtisadi aktivliyin xeyli artmasına təkan verəcək. 2018-ci ildə infilyasiya 6% həcmində planlaşdırılıb ki, bu əhalinin real gəlirlərinin qorunub saxlanılmasına dəstək olacaqdır. 2017-ci ildə real sektora yatırlan investisiyalar 2018-ci ildə qeyri-neft sektorunda həm istehsalın, həm də ixracın daha da artmasını təmin edəcək. Eyni zamanda, 2018-ci ildə Sumqayıt Kimya Sənayesi Parkında Karbamid və Socar Polimer kimi böyük layihələrin icrası gözlənilir. 2018-ci ilin 01 yanvarından fəaliyyətə başlayan İşsizlikdən Sığorta Fondu əhalinin sosial təminatında mühüm rol oynayacaq. Kredit Zəmanəti Fondunun işə düşməsi kiçik və orta sahibkarlar üçün maliyyə vəsaitlərini daha da əlçatan edəcək. Ümumilikdə, 2018-ci ilin dinamik iqtisadi inkiş ili olacağı gözlənilir”.

Bu xəbər oxundu
- - -