Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan-Rusiya ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülməlidir”

25.12.17, 14:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaq dövlət başçısını ad günü münasibətlə təbrik edərək ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Rusiyalı nazir Bakıda gedən inkişaf proseslərinin onlarda çox xoş təəssürat yaratdığını deyib.
Dövlət başçısı isə dekabrın 24-də Rusiya Prezidenti ilə telefon danışığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib, Rusiyaya Azərbaycan ixracatının artmasından məmnunluğunu bildirib. Dövlət başçısı M. Oreşkinin səfərinin ölkələrimizin ixrac və idxal imkanlarının genişlənməsi məsələsinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib.
Maksim Oreşkin isə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının 60 faiz artığını məmnunluqla qeyd edib. Hələ sovetlər vaxtından Rusiya istehlakçılarının Azərbaycandan keyfiyyətli kənd təsərrüfatı məhsulları aldığını deyən Maksim Oreşkin, bu artımın rusiyalılar tərəfindən yaxşı xəbər kimi qəbul edildiyini vurğuladı. O, Rusiya tərəfinin Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul etdiyini bildirib.
Prezident İlham Əliyev bununla bağlı minnətdarlığını ifadə edib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, ölkələrimizin ticarət əlaqələrində dinamik artımın olduğu qeyd edildi, qarşılıqlı investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Bu xəbər oxundu
- - -