Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İnam Kərimov: “ABAD”ın sıralarına 178 ailə qoşulub”

26.12.17, 11:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABAD” öz sıralarını genişləndirib, onun sıralarına 178 ailə qoşulub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə müsahibəsində deyib. Ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin bir il əvvəl Prezident İlham Əliyev tərəfindən təsis edildiyini xatırladan İnam Kərimov “ABAD”ı yeni bir sosial innovasiya layihəsi, “ASAN xidmət” kimi yeni bir davamlı inkişaf konsepsiyası adlandırıb.
“ABAD”ın qısa müddətdir yaranmasına baxmayaraq, beynəlxalq təşkilatlar, qurumlar tərəfindən çox böyük maraqla qarşılandığını söyləyən İ.Kərimov xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqı bu layihəyə dəstək göstərir, “ABAD”ın inkişafı ilə bağlı maliyyə yardımı üzrə saziş imzalanıb. “Bu onu göstərir ki, bu yeni bir brenddir, Azərbaycan məhsuludur”, - deyə İ.Kərimov söyləyib. “ABAD”ın bir model kimi digər ölkələrə də tətbiqi barədə düşünmək olar. Cəmisi bir il keçməsinə baxmayaraq o, öz sıralarını genişləndirib, 178 ailə “ABAD”a qoşulub. “ABAD” iki sahə üzrə fəaliyyət göstərir: kənd təsərrüfatı, kiçik ailə bizneslərinə dəstək, xüsusilə də ucqar kəndlərdə yaşayan ailələrə dəstək, həmçinin sənətkarlara dəstək. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, “ABAD” publik şəxs sahibkarlara, ailələrə onların biznes ideyalarının formalaşmasında, sertifikatların əldə olunmasına, daşınmada və ən əsası da satışda yardım edir”, - deyə İ.Kərimov bildirib.

Bu xəbər oxundu
- - -