Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyədə azərbaycanlı yazıçıdan dissertasiya yazdılar

27.12.17, 12:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin Bartın Universitetində müasirimiz olan azərbaycanlı yazıçı Əlabbasın əsərləri haqda elmi iş yazılıb.
Universitetin filologiya fakültəsinin magistri Ebru Akyüz “Türk dili və ədəbiyyatı” ixtisası üzrə dosent-doktor Alsou Kamalievanın və yardımçı dosent Naz Pənah xanımın elmi rəhbərliyi ilə müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi “Əlabbas Bağırovun “Göz muncuğu”, “Gecəyarısı hadisə”, “Doğma ocaq”, “Gəlin ayaqqabısı” və “Köhnə kişi” hekayələrinin tematik yöndən incələnməsi” adlı magistr dissertasiyası (yüksək lisans tezi) müdafiə etmişdir.
Doxsan səhifəlik dissertasiyanın “Əlavələr” bölümündə iddiaçının sözügedən əsərlərlə bağlı Əlabbasla müsahibəsi, yazıçının tərcümeyi-halı və ömrünün müxtəlif anlarını əks etdirən fotoşəkillər də yer alıb.
Bundan daha öncə həmyerlimizin yaradıcılığı Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avrupa Üniversitetinin müəllimi Nazim Muradovun da diqqətini çəkmiş, o, ”Köhnə kişi” povestinin linqvistik və üslub özəllikləri” adlı irihəcmli yazı ilə mətbuatda çıxış etmişdi.
Onu da xatırladaq ki, Türkiyədə nəşr olunan “Təmrin” dərgisinin yazıçı Əlabbasa həsr olunan xüsusi nömrəsi də yaxın vaxtlarda işıq üzü görəcək.

Bu xəbər oxundu
- - -