Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABAD“ın “Kəndli“ kolbasası və “Şərəfə“ pendiri satışa çıxarılıb

28.12.17, 13:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs tərəfindən dəstəklənən Rəhimovlar və Şükürovlar ailələrinin istehsal etdiyi ət və süd məhsulları satışa çıxarılıb. "ABAD” publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, artıq "Bravo" hipermarketlər şəbəkəsində Masallı rayonundan olan "ABAD"çı Rəhimovlar ailəsinin "Kəndli" brendi altında təqdim olunan kolbasalarını və Şükürovlar ailəsinin "Şərəfə" brendi altında təqdim olunan pendirini əldə etmək mümkündür.
Yalnız yerli xammaldan və təbii ədviyyatlardan istifadə olunmaqla hazırlanmış məhsullar özünəməxsus dadı ilə fərqlənir. Hər iki məhsulun tərkibi tam təbiidir və kimyəvi qatqılardan istifadə olunmayıb. "Kəndli" kolbasası etiketinin hazırlanmasında ailə başçısı Əhmədağa Rəhimovun təsvirindən istifadə olunub və üzərində keyfiyyət nişanı olaraq "ABAD" leybli yerləşdirilib.
Qeyd edək ki, bu məhsullar "ABAD"ın ailələrə təqdim etdiyi müasir texnologiyalarla təchiz olunmuş monoblok-konteynerlərdə hazırlanır. Bütün zəruri standartlara cavab verən bu avadanlıqlar müvafiq texniki sertifikatlara malikdir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb. "ABAD" mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.

Bu xəbər oxundu
- - -