Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyədə dollar yenidən ucuzlaşmağa başlayıb

29.12.17, 10:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyədə dolların məzənnəsi ABŞ-Türkiyə münasibətlərinin normallaşması fonunda yenidən geriləməyə başlayıb. "Report" xəbər verir ki, dünən axşam ABŞ səfirliyi rəsmi "Twitter" hesabından Türkiyədə viza xidmətlərinin yenidən bərpa olunduğunu açıqlayıb.
Xəbərin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi 3,82 lirədən 3,77 lirəyə qədər geriləyib. Hazırda Türkiyədə dolların məzənnəsi 3,78 lirə təşkil edir. Qeyd edək ki, Türkiyədə dollar ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinin də mənfi təsiri ilə 11 sentyabr tarixində 3,38 lirədən dekabrın 22-də 3,98 lirəyə qədər, yəni 18%-ə yaxın bahalaşıb.
"Report"un analitik qrupu qlobal iqtisadi konyunkturanı nəzərə alaraq ilin ilk yarısında Türkiyədə dolların 3,60 lirə səviyyəsinə qədər ucuzlaşa biləcəyini, lakin daha sonra bahalaşmağa başlayacağını və bahalaşmanın 2019-cu ildə kəskinləşəcəyini ehtimal edir.

Bu xəbər oxundu
- - -