Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda nümayişləri mühafizəkarlar təşkil ediblər?

04.01.18, 8:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" yazır ki, İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin əsnasında İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri "azğın qüvvələr" üzərində "tam qələbə" elan edib. General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu" səpmək istəyiblər. General hökuməti dəstəkləyən nümayişləri "İran xalqının qanunları pozanlara qarşı inqilabi kükrəyişinə" bənzədib.
O deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə - İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib. Lakin "The Independent" yazır ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb. İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt - hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub.
Bu da məlum olub ki, prezident seçkisində Ruhaniyə uduzmuş mühafizəklar Əli Rəisinin qaynatası Əhməd Aləmolhoda İran Milli Təhlükəsizlik Şurasına çağırılaraq Məşhəd nümayişindəki mümkün rolu ilə bağlı sorğu-sual edilib. Ayətüllah Aləmolhoda Şuraya çağırıldığı barədə xəbərləri təkzib edir. Rəisinin və Aləmolhodanın doğma şəhəri Məşhəddə başlanmış ilk etirazlarda Ruhaniyə və onun höklumətinə qarşı şüarlar səsləndirilirdi. Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər ayətüllah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldiblər.
Lakin hökumət büdcəsinin planlarında gizli bölmələrin olması barədə xəbərin yayılması da etirazların səbəblərindən biridir. Büdcənin məxfi saxlanan hissəsində milyardlarla dollar pulun mühafizəkar dini təşkilatlara, ali ruhanilərə və İnqilab Keşikçiləri Korpusuna verildiyi bəlli olub. Büdcə eyni zamanda ictimai fondların ixtisarını nəzərdə tutur.
Bundan əvvəl prezident Ruhaninin yaxın müşaviri Hesamodin Aşna yazdığı tvitdə bildirirdi ki, büdcədə tarazlıq yoxdir və onun fikrincə, dini təsisatlara və hərbiyyəyə lazım olduğundan daha çox vəsait ayrılıb. Məqalədə deyilir ki, İran qüvvələri Suriya münaqişəsində və qismən də Yəməndəki qarşıdurmada iştirak edir. İran boyunca bir neçə gün davam edən nümayişlər zamanı şüarların çoxu Ruhani və onun hökumətinin deyil, sərt xətt-hərəkət tərəfdarları və ruhanilərin əleyhinə idi.
"The Independent" yazır ki, bu mənada yaxın perspektivdə nümayişlərdən daha çox islahatpərəstlərin qazandığı görünür, çünki mühafizəkarların parçalandığı üzə çıxıb. General Cəfəri bidlirib ki, ölkədəki nizamsızlıqlara görə həm də bir keçmiş rəsmi məsuliyyət daşıyır. Təhlilçilər onun keçmiş prezident Mahmud Əhmədinejada işarə etdiyini düşünürlər. O həm mühafizəkarları, həm də Ruhaninin liberallarını tənqid edirdi.
Amma islahatçılar narahatdırlar ki, mühafizəkarlar bu etirazların xaricdən qızışdırıldığına dair fikri təsdiq etdirsinlər. Məhz bunu nəzərə alaraq Qərb dövlətləri ABŞ-ın İran hökumətini pisləyən birgə bəyanat təklifindən imtina ediblər. İsfahan şəhərindən bir tikinti mühəndisi - Söhrab Noruzi deyir ki, onların ən böyük narahatlığı bu etirazların xaricdən idarə olunduğu barədə iddialardandır.
"Ağlı başında olan heç kəs Trumpı ciddi qəbul etməz, amma mühafizəkarlar onun adı ilə əsl etirazı ləkələməyə çalışacaqlar" - mühəndis deyib. Böyük ayətüllah Əli Xameneyi eitirazlara görə "İranın düşmənlərini" ittiham etmiş və bildirmişdi ki, onlar İrana zərbə vurmaq üçün pullarını, silahlarını, siyasət və kəşfiyyat aparatlarını işə salıblar. General Cəfəri isə nümayişlərin yayılmasında "əks-inqilabçıları və monarxistləri" ittham edib.

Bu xəbər oxundu
- - -