Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran xalqı nə istəyir: rejimi devirmək, yoxsa...

04.01.18, 9:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Müasir dünyada millətçilik aktual olmadığı üçün qlobal ambisiyalarını təmin etmək üçün müəyyən ideologiyanı (kommunizm, din) əllərində alət ediblər. Elə bu səbəbdən də Ərdoğan əksəriyyəti rusca danışan türk dünyasına deyil, islam dünyasına xitab edir.
Bu sözləri hüquqşünas, bank eksperti Əkrəm Həsənov qeyd edib. O bildirib ki, iranlılar şəriətin (şiə versiyasında) qadağan etdiyi çox şeyi sadəcə açıqda deyil, gizlincə edir: “İran məzhəb faktorundan geosiyasi alət kimi ilk növbədə rəqib hesab etdiyi ərəb dövlətlərinə qarşı istifadə edir. Bu alət olmasa, İranın nəinki geosiyasi ambisiyaları, hətta ərazi bütövlüyü də sual altına ola, digər qədim və ambisiyalı sivilizasiya olan Yunanıstanın gününə düşə bilər. İran xalqı da bunu gözəl başa düşür. Buna görə də son etirazların əsas mənası ondan ibarətdir ki, iranlılar daha çox məişət azadlıqları, hökumətin şəriət pozuntularına daha çox göz yummasını istəyir. Məsələn, təxmini Birləşmiş Ərəb Əmirlikləri əhalisi kimi sərbəstlik istəyirlər. Böyük ehtimalla hökumət müəyyən güzəştlərə gedəcək. Yəni rəsmi olaraq şiəlik hökmran ideologiya kimi qalacaq, amma real həyat ondan daha çox uzaqlaşacaq”.

Bu xəbər oxundu
- - -