Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şensoy “Qarabağ“ın yeni məşqçisi haqda danışdı

04.01.18, 12:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Mario Mitrovu çox yaxşı tanıyıram. Ancaq atası Dobromir Mitrov Bolqarıstanda daha məşhurdu”. Bu sözləri türkiyəli mütəxəssis Naci Şensoy deyib. Ölkəmizdə “Turan”ı çalışdırmış Şensoy fiziki hazırlıq üzrə məşqçi Mario Mitovun “Qarabağ”a gətirilməsinə münasibət bildirib. 2007-2008 və 2015-2016-cı illərdə “Pirin” klubuna rəhbərlik etmiş Şensoy futbolçu ikən bu komandanın formasını geyinmiş Mitrovu məşqçi kimi bəyəndiyini söyləyib.
O, 25 yaşlı gənc mütəxəssisin uğurlu karyera quracağına inanır: “Marionun atası Dobromir Mitrov Bolqarıstanda çalışdığım klublarda həmişə birinci köməkçim olub. Əlbəttə ki, atasının futbolçu karyerası daha parlaqdı. Sofiya MOİK-ində və Bolqarıstan yığmasında çıxış edib. Mario isə “Pirin”in gənclərdən ibarət komandasında oynayıb, amma erkən yaşda karyerasını bitirib. Bolqarıstanda Amerikan Universitetini bitirib. Ordan Amerikaya gedərək, idman akademiyasında təhsil alıb. Müasir idmanda baş verən yenilikləri yaxından izləyən fitness məşqçisidi. Sonuncu dəfə isə MOİK-də fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb”.
Qeyd edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 və 2012-ci illərdə “Turan”a rəhbərlik edib.

Bu xəbər oxundu
- - -