Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əgər Türkiyə və İran yan-yana dayanarsa…

05.01.18, 9:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin “Sabah” qəzeti İranda baş vermiş etiraz nümayişləri barədə yerli jurnalistlərin fikirlərini öyrənib.
Tehran radiosunun əməkdaşı Veysəl Heydəri ölkədəki iqtisadi problemlərə diqqət çəksə də, beynəlxalq aləmin məsələyə münasibətini tənqid edib:
“Problemlər Avropada da, Amerikada da var. Orada etirazlar olanda heç kim həmin ölkələrin rejimini müzakirə etmir. İranda insanlar küçələrə çıxanda isə Qərb mətbuatı dərhal rejimin qanuniliyini sual altında qoyur. Eyni şeylərin Türkiyə üçün də mövcud olduğunu hiss edirik. İzlədiyimiz qədəri ilə ən kiçik bir qığılcımda eyni mətbuat orqanları Türkiyəni də müzakirə etməyə başlayır. Buna görə də Türkiyədən gələn dəstək bizim üçün çox vacibdir”.
Jurnalist Qasım Alcan isə İran və Türkiyənin bir-birinə çox bənzədiyini bildirib:
“Həm bürokratlar, həm də xalq Ərdoğanın münasibətindən olduqca məmnundur. Akademikindən tutmuş sadə insanlara qədər, iki ölkənin də taleyi bir-birinə bənzəyir. İki ölkə də xaricdən qurulan oyunlara qarşı bir-birinə dəstək olur. Əgər Türkiyə və İran yan-yana dayanarsa, heç bir xarici qüvvə bölgəyə nüfuz edə bilməz. Ərdoğanın dəstəyindən xalqımızın gözləri doldu”.
Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlayıb. İğtişaşlar nəticəsində 30-a yaxın insan həlak olub.

Bu xəbər oxundu
- - -