Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mərkəzi Bank saxta əsginaslarla mübarizəni gücləndirir

05.01.18, 11:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci il fevralın 1-dən Nağd pulun İdarəetmə İnformasiya Sisteminin veb-portalında qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək. Bu barədə bank bazarındakı mənbələrdən biri məlumat verib. Mənbə bildirib ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən təmiz pul siyasəti çərçivəsində dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə banklara dövriyyəyə müvafiq tələblərə cavab verən sistemlərdə emal olunmuş pulların, əks halda yalnız Mərkəzi Bank tərəfindən formalaşdırılmış pul nişanlarının buraxılması tapşırılıb:
"Lakin aparılan monitorinqlər göstərir ki, bəzi hallarda banklar tərəfindən müvafiq tələblərə cavab verməyən pul nişanları təkrar tədavülə buraxılır. Eləcə də istismar olunan nağd pul avadanlıqlarının, o cümlədən bankomatların (cash-in), pulsayan maşınların, emal sistemlərinin və nağd ödəniş terminallarının milli pul nişanlarının mühafizə elementlərinə və yararlılıq səviyyəsinə uyğun tam testləşdirilməsi həyata keçirilmir. Bu isə saxta və dəyəri ödənilməyən pulların müvafiq sistemlər tərəfindən qəbuluna imkan yaratmaqla tədavüldə pul nişanlarının keyfiyyətinin aşağı düşməsinə, saxta pul nişanlarının dövr etməsinə, banklarda reputasiya risklərinin və maliyyə itkilərinin yaranmasına səbəb olur".
Onun sözlərinə görə, qeyd olunanları nəzərə alaraq, pul nişanlarının emalına qarşı tələblərin gücləndirilməsi, yalnız müvafiq tələblərə və keyfiyyət parametrlərinə cavab verən pulların tədavülə buraxılması, eləcə də nağd pul qəbul edən avadanlıqların müvafiq qaydada testləşdirilməsi tələb olunur: "Eyni zamanda, bir çox kommersiya bankları və poçt rabitəsinin milli operatoru pul nişanlarının ekspertizasının aparılması məqsədilə fiziki və hüquqi şəxslərdən qəbul etdikləri pul nişanlarını poçt və ya kuryer xidməti vasitəsilə Mərkəzi Banka göndərirlər. “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır. Odur ki, ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanları Nağd pulun İdarəetmə İnformasiya Sisteminin veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməlidir. Bununla əlaqədar olaraq, 2018-ci il fevralın 1-dən etibarən Nağd pulun İdarəetmə İnformasiya Sisteminin veb-portalında qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Azərbaycan Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək.

Bu xəbər oxundu
- - -