Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Adamla yoxsan kimi davranırlar”

05.01.18, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Neftçi”nin yeni transferi İlkin Qırtımovun apasport.az saytına müsahibəsi
- Artıq rəsmən “Neftçi”nin futbolçususunuz...
- Bəli, bir qədər əvvəl müqaviləyə qol çəkdim. Bu komanda üçün əlimdən gələni yox, ondan da artığını etməliyəm. “Neftçi” adı üçün “vuruşmağa” hazıram. Çalışacam ki, rəhbərliyin, məşqçilərin və azarkeşlərin etimadını doğruldum.
- Artıq bir aya yaxın idi “Neftçi”yə keçəcəyiniz gözlənilirdi. Münasibətləri belə gec rəsmiləşdirməyiniz nə ilə bağlı idi?
- Açığı, ölkə daxilində başqa variantım da var idi. Onu da gözləyirdim. Bu səbəbdən müqavilə bağlamağım yubandı.
- Uzun müddət formasını geyindiyiniz “Keşlə”dən ayrılmağınız sizə ağır gəlmədi?
- Əlbəttə ki, ayrılmaq bir az ağır oldu. Üç il idi o komandanın formasını geyinirdim. Buna görə, bir az pis oldum. Həm yaxşı, həm də pis günlərində komandada olmuşuq. Ancaq hər şey bir yerə qədərdi.
- “Keşlə” ətrafında baş verən söz-söhbətlərin bu qərarınıza təsiri oldumu?
- Xeyr, ayrılmağım bununla əlaqəli deyildi. Sadəcə, artıq dəyişiklik etmək, “Neftçi”də oynamaq istəyirdim. Ümumiyyətlə, həmin hadisələr yaşananda rəhbərliklə danışdım. Dedim ki, mənimlə bağlı bir şübhəniz varsa, heç bir problem yoxdu, araşdıra bilərsiniz. Çünki özümə arxayınam. O ki qaldı digər futbolçularla bağlı problemə, yenə də inanmıram ki, belə bir iş görsünlər. Üç il bir yerdə oynamışıq. Onlardan elə şey nə eşitmişəm, nə də görmüşəm.
- Qeyd etdiniz ki, başqa variant da var idi. Niyə yekun qərarı “Neftçi”nin xeyrinə verdiniz?
- Ən əsası adına görə. “Neftçi” həmişə iddialı komandalar arasında olub. Mən də bu hədəflərə çatmaqda kömək etmək istəyirəm. Tərlan Əhmədovun gəlişindən sonra komanda yaxşı nəticələr qazanmağa başlamışdı. Biz də daha yaxşı nəticələr əldə etmək və baş məşqçiyə kömək olmaq üçün çalışmalıyıq.
- “Neftçi”yə keçməyinizdə yığmaya düşmək arzunuzun rolu oldumu? Hər halda, bu klubda oynamaqla milliyə çağırılmaq nisbətən asan olar...
- Məncə, hansı klubda oynamağın elə bir önəmi olmamalıdı. Komandanda stabil çıxış edəndən, özünü yaxşı tərəfdən göstərəndən sonra yəqin ki, yığmaya çağırarlar. Düzdü, bununla bağlı bəzi problemlər olurdu. Millinin “sükanı arxası”na Qurban Qurbanov gəlib. Məncə, həmin problemlər artıq aradan qaldırılacaq, kim klubunda oynayacaqsa, o da çağırılacaq.
- Deyəsən, millinin əvvəlki baş məşqçilərindən narazısınız...
- Kiminsə haqqına girmək istəmirəm. Sadəcə, adama xoş gəlmirdi. Müntəzəm oynayırsan, amma adamla yoxsan kimi davranırlar. Bu da pis təsir edirdi. Millinin formasını geyinməyi hər bir futbolçu istəyər. Bu, hamı üçün böyük şərəfdi.
- Tərlan Əhmədovla görüşünüz olubmu?
- Rayona getməzdən əvvəl Tərlan müəllimlə görüşmüşdüm. Demişdi ki, get, istirahət elə, gəl, danışaq. Çalışacam onun gözləntilərini qarşılaya bilim.
- “Neftçi” Premyer Liqanın ilk yarısından sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komandanın Avropa Liqasına vəsiqə qazanması nə dərəcədə inandırıcı görünür?
- Bunun üçün bütün gücümüzü meydanda qoymalıyıq. Başqa yolumuz yoxdu.

Bu xəbər oxundu
- - -