Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ ədalət anlayışını gözdən keçirməlidir”

05.01.18, 13:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib.
Türkiyə prezidenti bildirib ki, ABŞ ədalət anlayışını gözdən keçirməlidir: “Belə bir ədalət anlayışı ola bilməz. Bundan sonra dünyaya ədalət dərsi verməyə qalxmasınlar. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar, Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər qovluqda sənəd göndərilib, Türkiyədə çıxarılan heç bir qərarı nəzərə almırlar. Elədirsə, beynəlxalq hüquq, iki ölkə arasında bağlanan hüquqi anlaşmalar nəyə yarayır? Hökmünü itirir. Bundan sonra proseslər belə davam edəcək”.
Qeyd edək ki, keçən ilin mart ayında da ABŞ-a səfər etmiş Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib. ABŞ Prokurorluğu Hakan Atillanı bundan öncə həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi Hakan Atillanın Rza Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Bu günlərdə ABŞ-ın Iran embarqosunu pozmaqda ittiham edilən Hakan Atillanın Nyu-Yorkda baş tutan 4 həftəlik məhkəmə prosesinin ardınca qərar verilib. Jüri Hakan Atillanın İrana embarqonu pozmağa yardım etməkdə günahkar sayıb. Ümumiyyətlə, H.Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı da daxil olmaqla, ona qarşı yönəldilən 6 ittihamdan 5-də günahkar elan edilib.
Onun cəzası aprelin 11-də açıqlanacaq.

Bu xəbər oxundu
- - -