Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ARDNF ötən il hərraclarda 3,6 mlrd. dollara yaxın vəsait satıb

05.01.18, 13:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ilin sonuncu ayında Fond tərəfindən valyuta hərraclarında 584,8 mln. dollar məbləğində vəsait satılıb.
Ötən ilin noyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 208,9 mln. dollar satıb. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda Fond tərəfindən satılan valyutanın həcmi 2,8 dəfə artıb.
Ümumilikdə, 2017-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 mlrd. 598,12 mln. dollar satıb.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Bu xəbər oxundu
- - -